Çin mətbuatı ordunun keçirdiyi hərbi təlimlərin görüntülərini yayıb.
Təlimlər Futzyan əyalətində, Tayvan adasında yaxın regionda keçirilir.
Görüntülərdə Çin hərbçilərinin PUA-lar, artilleriya və raket sistemlərindən istifadəsi əks olunub.
Çin mətbuatının məlumatına görə, Futzynada bütün aviareyslər təxirə salınıb.
Qeyd edək ki, Çin ordusu döyüş atışları ilə müşayiət olunan hərbi təlimlər keçirir. Təlimlər ölkənin şərqindəki Bohay körfəzi, Şərqi Çin və Cənubi Çin dənizləri akvatoriyasında aparılır. Təlimlərə ABŞ Nümayəndələr Palatasının spikeri nensi Pelosinin tayvana səfərini elan etməsindən sonra start verilib.
Çin qəti şəkildə bu səfərə qarşıdır və bunu Vahid Çin konsepsiyasına zidd sayır.
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...





















Son şərhlər