"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Çoxsaylı italyan parlamentarları Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib

24 Dekabr 2021 - 18:35
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

İtaliyanın müxtəlif siyasi partiyalarının təmsilçisi olan çoxsaylı parlamentarlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə İtaliya mətbuatı vasitəsilə təbrik ediblər.

İtaliyanın Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri, deputat Ettore Rozatonun İtaliya mətbuatında dərc olunmuş təbrik ismarıcında deyilir: “Prezident İlham Əliyevə 60 yaşının tamam olması münasibətilə səmimi və coşqulu təbriklərimi göndərirəm. 2020-ci ildə rəhbərlik etdiyim İtaliya nümayəndə heyəti Qarabağ müharibəsindən sonra azad olunmuş və dağıdılmış ərazilərə səfər edən ilk xarici nümayəndə heyəti olmuşdur və həmin səfər vaxtı Prezident İlham Əliyev ilə Bakıda keçirdiyimiz görüş hafizəmdə həkk olunmuşdur. Bu görüş həm də uzun illərdir ki ölkələrimizi bir-birinə bağlayan mövcud möhkəm dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək üçün bir fürsət idi. Bu möhkəm bağlar qarşılıqlı institusional səfərlərin həyata keçirilməsi ilə siyasi, iqtisadi və mədəni səviyyədə daha da güclənməkdə davam edir”.

İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi, senator Vito Petroçelli mətbuatda dərc olunmuş təbrik ismarıcında qeyd edir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə 60 yaşı olması münasibətilə ürəkdən təbriklərimi çatdırmaq istəyirəm. Bu illər ərzində Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasındakı əlaqələri möhkəmləndirərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Ölkələrimiz bütün sahələr üzrə ikitərəfli münasibətləri və çoxtərəfli müstəvidə əməkdaşlığı kəmiyyət və keyfiyyət baxımından daha da gücləndirə bilər. Əminəm ki, Prezidentin ölkəyə uzaqgörən rəhbərliyi uzunmuddətli perspektivdə Azərbaycan və bütün Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın möhkəmləndirilməsində açar rolunu oynayacaqdır ”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, “Liqa” partiyasından olan senator Stefano Luçidi isə mətbuatda yayımlanmış təbrik ismarıcında bildirib: “Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə səmimi təbriklərimi ifadə edirəm. Prezident İlham Əliyev İtaliyanın dostu və etibarlı tərəfdaşı olan bir ölkənin rəhbəridir. Əldə olunmuş sülhün Azərbaycan xalqına və bütün regiona daha da rifah və əmin-amanlıq gətirməsi arzusu ilə təbriklərimi izhar edirəm”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, “Liqa” partiyasından olan deputat Rossana Boldi isə mətbuat vasitəsilə yayımlanmış təbrikində qeyd edib:“Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi ifadə edirəm. Ona hörmətimi və ölkəsində və bütün Cənubi Qafqazda sülhə və davamlı inkişafa tam şəkildə nail olmaq arzumu çatdırıram”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü, senator Canluka Kastaldi də mətbuat vasitəsilə təbriklərini göndərib: “60 illik yubileyi münasibətilə bizi  böyük dostluğun ifadəsi olan strateji tərəfdaşlığın birləşdirdiyi ölkənin lideri, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş arzularımı çatdırıram. Onun Azərbaycana prezidentliyi dövrü ölkəsinin nail olduğu mühüm yüksəliş üçün həlledici oldu. Azərbaycanda sülhün bərqərar olmasını təmin edən ölkənin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin uzaqgörənliyinin təcəssümüdür”.

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Maria Rizzotti  isə mətbuat vasitəsilə ürək sözlərini belə ifadə edib: “Adı ölkəsinin son illərdəki əsaslı yüksəlişi və İtaliya ilə möhkəm dostluqla bağlı olan Azərbaycan Prezidenti İlham Əliyevin 60 yaşının tamam olması münasibətilə gələn təbrik mesajlarına qoşulmaqdan böyük məmnunluq hissi duyuram. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həmin ölkəyə baş tutmuş keçən ilki səfərim zamanı cənab Prezidentlə görüşmək imkanım oldu. Mənim arzum budur ki, xalqlarımız və ölkələrimiz arasında olan dostluğun gücləndirilməsi üçün gələcək illərdə yeni imkanlar açılsın və artıq əldə edilmiş sülh bu gözəl diyarda daha da möhkəmlənsin. Təbrik edirəm, cənab Prezident!”.

ATƏT-in Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri,  “Liqa” partiyasından olan deputat Paolo Qrimoldi də təbriklərə qoşularaq bildirib: “Azərbaycanla dostluq enerji böhranı olan bir dövrdə heç vaxt indiki qədər vacib olmayıb. Təbriklər, cənab Prezident!”.

Mətbuat vasitəsilə təbriklərə qoşulan Senat komissiyasının sədri, “Yaşayan İtaliya” partiyasının təmsilçisi, senator Mauro Marino bildirib: “Azərbaycanın mühüm məqsədlərə çatmasına töhfə verən, ölkəsi ilə İtaliya arasında möhkəm dostluq əlaqələrinin dəstəkləyicisi olan Prezident İlham Əliyevə 60 yaşının tamam olması münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycana hər səfərim zamanı bu ölkənin sabitlik və tərəqqi yolu ilə necə irəliləməsinin və hər dəfə İtaliyaya daha da yaxın olmasının şahidi olmuşam. Əminəm ki, bu proses davam edəcəkdir”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sabiq sədri, senator Sercio Divinanın mətbuatdakı təbriklərində bildirilir:“İtaliya-Azərbaycan tərəfdaşlığı xüsusən də qlobal enerji böhranının tüğyan etdiyi bir anda getdikcə daha strateji xarakter alır. Ölkələrimiz arasındakı münasibətlər getdikcə möhkəmlənir və bu, xüsusən də olkəmizlə münasibətə hər zaman inamla yanaşan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsindədir. Təbriklər, cənab Prezident!”.

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu tərəfindən mətbuatda yayımlanan təbrik ismarıcında qeyd olunur: “Azərbaycan Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu, mühüm tarixdir. İlham Əliyev ölkəsi üçün çox mühüm bir rəhbərdir, bu gün Prezident İlham Əliyevə ən səmimi təbriklərimi catdıraraq onun fəaliyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan və İtaliya arasında dostluğun möhkəmləndirilməsini arzulayıram. Azərbaycan əslində ölkəmiz üçün etibarlı, strateji tərəfdaşdır, əsas neft, qaz və enerji təchizatçımızdır. Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək onun ölkəsində əldə olunan sülhün Azərbaycan xalqına daha da firavanlıq, sülh və əmin-amanlıq gətirməsini arzu edirəm”.

İtaliya parlamentarlarının təbrik ismarıcları İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Nova News”, “İnsideover”, “Kmetro0”, “Agenparl”, “AGİ”, “LaPresse”, “9Colonne”, “Eurasianews”, “Giornale Diplomatico” və sair kimi mətbuat orqanları tərəfindən yayılıb.

Müvafiq təbrik ismarıcları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.nova.news/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev/
https://it.insideover.com/politica/gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev.html
Italia e Azerbaigian sempre più a braccetto
https://www.giornalediplomatico.it/italia-azerbaigian-auguri-da-parlamentari-per-60-anni-presidente-aliyev.htm
https://agenparl.eu/azerbaigian-papatheu-fi-auguri-a-aliyev-paese-e-partner-strategico-dellitalia/
https://www.eurasianews.it/2021/12/24/gli-auguri-buon-compleanno-al-presidente-della-repubblica-dellazerbaigian-ilham-aliyev-dal-mondo-della-politica-italiana/
https://www.agenzianova.com/a/61c466b8028588.06943975/3729537/2021-12-23/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev/linked
https://www.agenzianova.com/a/61c4a4e460f373.84023605/3729538/2021-12-23/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev-2
https://www.agenzianova.com/a/61c4a504a661f9.71745645/3729539/2021-12-23/italia-azerbaigian-gli-auguri-dal-mondo-politico-italiano-al-presidente-ilham-aliyev-3
https://www.agenzianova.com/a/61c58a8d3504b2.54018001/3730068/2021-12-23/azerbaigian-papatheu-fi-auguri-a-aliyev-paese-e-partner-strategico-dell-italia
Previous Post

Çoxsaylı italyan parlamentarları Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib

Next Post

Gürcüstan parlamentinin sədri istefa verib

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Elchi.z - a...

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00

"S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədən başqa yerə köçürülməsi məsələsi gündəmdədir". Elchi.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi...

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

Sənaye və texnologiya parklarının maliyyə səmərəliliyi ciddi müzakirə mövzusu olmalıdır” – Qüdrət Həsənquliyev

30 Sentyabr 2026 - 14:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Next Post
Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri istefa verib

Son xəbərlər

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

İsveç NATO-nun Polşadakı əməliyyatı üçün qırıcılar ayıracaq

30 Sentyabr 2026 - 18:09
Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

Netanyahu: Əlavə potensial təhlükələrə hazır olmalıyıq

30 Sentyabr 2026 - 17:59
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.