İsveç hökuməti NATO-nun Polşadakı əməliyyatına qırıcı təyyarələr təsis etmək barədə qərar qəbul edib.
Elchi.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
Qırıcılar oktyabr ayında təqdim olunacaq. Onlar “NATO-nun hava məkanını qorumaq və Ukraynaya silah tədarükünü davam etdirmək üçün” Polşadan hava məkanına nəzarət missiyasında ikinci dəfə iştirak edəcəklər.
“Missiya çərçivəsində İsveçin “Gripen” qırıcıları həm NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminə, həm də Polşanın cənub-şərqində Ukraynaya hərbi və mülki dəstək üçün istifadə olunan logistika mərkəzinin mühafizəsinə töhfə verəcək. İsveç qırıcıları əsasən İsveçdə bazalaşacaq və Polşanın hava məkanında hava əməliyyatları həyata keçirəcək”, – deyə mətbuat relizində qeyd olunub.
Məryəm





















