"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

TANINMIŞ İŞ ADAMI İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ – “Onlarla hüquqi müstəvidə mübarizə aparacağam”

13 Sentyabr 2020 - 22:13
in MANŞET
FacebookVatsap

Şamil Heydərov: “Barəmdə qaralama kampaniyası aparanlar hansısa çirkli məqsədlərə xidmət edir”

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

“Son vaxtlar barəmdə dərc olunan və heç bir fakta söykənməyən, əsassız yazılar mənə qarşı kimlərinsə sifarişi ilə “qaralama kampaniyası” aparılmasından xəbər verir. Mənim qanuni fəaliyyətimə kölgə salmaq məqsədi daşıyan və hansısa çirkli məqsədlərə xidmət edən bu saxta xəbərləri, sifarişi yazıları yayanlara qarşı hüquqi müstəvidə mübarizə aparacağam. Qoy ictimaiyyət də bu adamların əsl kimliyini və nə məqsəd güddüklərini bilsin…”

Bu fikirlər tanınmış iş adamı Şamil Heydərov “AzPolitika.info” saytı vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə əksini tapıb.

İş adamının müraciətində daha sonra qeyd edilir: “Əvvəlcə internet portalının birində mənim guya, ölkədə monopoliya yaratması kimi əsassız iddialar dərc olundu. Etirazıma baxmayaraq, heç bir fakta söykənməyən həmin yazı təkzib edilmədi. Buna görə də bir sahibkar kimi işgüzar nüfuzuma zədələyən həmin xəbər tipli yazını dərc edən internet portalını və onun baş redaktorunu məhkəməyə verdim. Hazırda həmin iş Səbail rayon Məhkəməsinin icraatındadır. Məlum olduğu kimi, ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar məhkəmələrin də fəaliyyəti dayandırıldığından, həmin məhkəmə mübahisəsinə baxılması təxirə salınıb. Ümid edirəm ki, yaxın günlərdə işə baxılaraq, qanunauyğun qərar çıxarılacaq, haqqımda yayılan yalan xəbərin təkzib olunması təmin ediləcək…

Çox təəssüf ki, barəmdə dərc olunan yalan xəbər yalnız bu olmadı. Bundan sonra qanunsuz əməllərlə məşğul olan, hətta “reketçilik” ittihamı ilə həbs olunan bəzi jurnalistlər barəmdə saxta və guya etibarlı mənbələrdən əldə etdiyi məlumatları öz saytlarında dərc etməyə başladılar.

İlk başda Habil Vəliyevin “gündəlik-bakı.com” saytında heç bir jurnalist araşdırması aparılmadan mənim guya Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edərək, karantin qaydalarını pozmağıma dair yalan məlumat yaydı. Heç bir əsas olmadan yayılan həmin xəbərlə bağlı aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsinə müraciət olunub. Hazırda məhkəmə mübahisəsi də davam etməkdədir.

Lakin bununla da kifayətlənmədilər. Bu yaxınlarda yenə Habil Vəliyev və Surxay Əliyevə məxsus olduğu bildirilən “bizimbaki.org” saytında da başqa bir əsassız yazı dərc olunub. Tamamilə qarayaxmadan ibarət olan həmin yazıda mənim guya gömrük qanunvericiliyimizə zidd formada işlər gördüyüm, bu işlərdə hazırda AMEA Prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevlə şərik olduğum, hətta yaxında ölkədən qaçacağım qeyd olunub. Və təbii ki, yenə də heç bir fakta söykənməyən əsassız iddialar və uydurma məlumatlar əsasında...

Yenə təəssüflə qeyd etmək istəyirəm ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu adamlar yalan məlumatlarını təkzib etməmiş, dövlətçiliyimizə hər zaman dəstək verən, xeyriyyəçiliklə məşğul olan bir iş adamı kimi mənim nüfuzuma ləkə vurmağa çalışmışlar. Buna görə də mən bu cür jurnalistlərə qarşı hüquqi müstəvidə mübarizə aparacağımı bəyan edirəm.

Onu da qeyd edim ki, barəmdə “qara piar” işlərini aparan Habil Vəliyev və Surxay Əliyev daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətlərinə cəlb edilmişdirlər. Həmin dövrdə onlar məhz sahibkarların və nüfuzlu şəxslərin şikayətləri əsasında həbs olunmalarına, məhkumluqlarının hələ tam ödənilməməsinə baxmayaraq, yenə yoxlanılmamış və yalan məlumatları dərc edirlər.

Təəssüf ki, bəzi media orqanları və “jurnalistlər” də onlarla birlikdə hərəkət edir, sanki bir komanda kimi sahibkarı qaralamaqda iştirak edirlər. Bəzi media orqanları isə yoxlamadan bu yalan məlumatları təkrar dərc edirlər.

Buna görə də, bildirmək istəyirəm ki, barəmdə əsassız və qaralayıcı məlumatlar yayan media orqanlarına qarşı hüquqi müstəvidə tədbir görüləcək.

Mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimlərinsə sifarişi ilə aparılan bu “qaralama kampaniyası”nın iştirakçısı olmasınlar, iş adamları barədə yoxlanılmamış məlumatları dərc etməsinlər.

Ölkə başçımız cənab İlham Əliyevin iş adamlarına və sahibkarlığın inkişafına ayırdığı diqqət və qayğının yüksək səviyyədə olduğu bu dövrdə sahibkarlar barəsində əsassız məlumatların yayılmasına qətiyyən yol vermək olmaz.

İnanıram ki, media ictimaiyyəti də bu işdə haqlının və ədalətin yanında olacaq!”

Previous Post

TANINMIŞ İŞ ADAMI İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ – “Onlarla hüquqi müstəvidə mübarizə aparacağam”

Next Post

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi — SİYAHI

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post
Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi — SİYAHI

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi — SİYAHI

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi — SİYAHI

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar qüvvəyə mindi — SİYAHI

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.