"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov

18 Sentyabr 2018 - 18:32
in MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

“Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil”.

Elchi.az  Trend–ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib: “Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Ona bu rahatlığı gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi”.

O vurğulayıb ki, Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi: “Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin gündən-günə gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər…

Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın. Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə?”

Prezidentin köməkçisi bildirib ki, Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar: “İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər.

İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır”.

Ə.Həsənov əlavə edib ki, Paşinyan hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır: “Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.

Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində “erməni radiosu”nun anekdotları artıq qısa zaman məsələsidir”.

PA rəsmisi deyib ki, əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil: “DQR”-in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir?” Əslində, bu addımı atmaqla o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR”-də niyə ölməlidir?”

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum da qalmır: “Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə, az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir: “Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orada da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür, onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə, öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına da şübhə etməməlidirlər. Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcəkdir”.

Previous Post

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə… – Əli Həsənov

Next Post

Türkiyə Suriyaya əlavə qoşun göndərəcək

Bənzər yazılar

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59

"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25

4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi...

Next Post
Türkiyə Suriyaya əlavə qoşun göndərəcək

Türkiyə Suriyaya əlavə qoşun göndərəcək

Türkiyə Suriyaya əlavə qoşun göndərəcək

Türkiyə Suriyaya əlavə qoşun göndərəcək

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.