"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham İsmayıl: “DTK arxivləri açılsa cəmiyyət şoka düşər”

26 Yanvar 2017 - 10:05
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Baş nazirdən bu qanunla bağlı tapşırıq

Nigar Fərhad sərbəst buraxıldı

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

İlham İsmayıl: “DTK arxivləri açılsa cəmiyyət şoka düşər”Azərbaycan SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin arxivi açılarsa…

 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətə açıqladığı bir milyona yaxın məxfi sənəd dünya gündəminə bomba kimi düşdü. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu addım bir sıra məsələləri gündəmə gətirib.
 
Vaxtilə ölkəmizin tərkibində olduğu Azərbaycan SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) arxiv sənədlərinin açıqlanmasının vacib olması barədə fikirlər səslənir. Eyni zamanda müstəqil olduğumuz 25 ildən çox zaman kəsimində bu sənədlərin gizli saxlanılması suallar doğurur. Çoxları düşünür ki, KQB agentləri açıqlanarsa, ölkə daxilində ciddi qarşıdurmalar yaranar. Təhlükəsizlik ekspertlərinin əksəriyyəti bu sənədlərin açıqlanmasının əleyhinə olsa da, bunun əksini düşünənlər də  var. 
Yaranan müzakirələrin fonunda əsas diqqətçəkən məqamlardan biri də müstəqillik illəri ərzində Azərbaycana rəhbərlik etmiş üç müxtəlif iqtidarın heç birinin DTX-nin arxiv sənədlərinin üzə çıxarılmasına maraq göstərməməsidir.
 
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki,  Mərkəzi Kəşfiyyat İdarəsi öz agentura şəbəkəsini açmır: “İdarə məxfi sənədləri açır. Bu sənədlərdə də agentura şəbəkəsi yoxdur. İstərdim ki, bunu birmənalı şəkildə oxucularımız bilsinlər. Agentura şəbəkəsinin siyahısı başqa, arxiv sənədləri başqa şeydir.  Bu, Amerikada qanun şəklindədir. Müəyyən zaman keçəndən sonra məxfi sənədlər açıqlanır. Belə deyək ki, əməliyyat əhəmiyyətini itirir, amma tarixi əhəmiyyətini saxlayır. Tarixi əhəmiyyətinə görə də dövlətə heç bir zərər gətirmir. Komissiya yaradılır və sonra da dediyiniz kimi, bir milyona yaxın sənəd açılır. Biz də isə belə  qanun yoxdur. Xüsusi xidmət orqanının daxilindəki əsasnaməyə əsasən, əməliyyat üçün tarixi əhəmiyyətə malik olmayan sənədlərin tamamilə məhvi var. Amma elə sənədlər də var ki, onlar qalırlar, onları da arxivlərlə işləyən bəzi mütəxəssislərə-bunu da hər mütəxəssisə vermirlər-xüsusi icazəsi olan şəxslərə verirlər. Əgər həmin sənədlər açılsa, ilk növbədə cəmiyyət üçün öz tarixini bilmək olacaq. Nəyin nə zaman baş verdiyində, bəzi şəxslərin bu gün ideoloq kimi görünməsində, yaxud ideal kimi təqdim olunmasında əks faktlar meydana çıxar. İndiyə qədər gördüyümüz çox yaxşılar pis, və ya əksinə, günahlandırdıqlarımız  yaxşı ola bilər. Sovetin  dövründə elə məsələlərə imkan verilib ki, cəmiyyət bilsə, şoka düşər, təəccüb içərisində olarlar. Sənədlər açıqlansa, daha yaxşıdır. İkinci Dünya müharibəsindən heç əvvəlki zamanı demirəm, sonrakı dövrdə nələrin olduğunu hər kəs bilər. 1937-ci ilin repressiyalarını belə biz sona qədər açıqlamadıq”.
 
Ekspert hakimiyyətlərin sənədlərin açılmasında maraqlı olmadıqlarını da qeyd etdi: “DTX-nin sənədlərinin açılmasında nə keçmiş, nə də ki indiki hakimiyyətlər maraqlı deyil. Bəzilərinin bunu etməyə vaxtları çatmayıb. Vaxtı çatanların da bu məsələlərin açıqlanmasına maraqları yoxdur, yaxud da özlərinin əleyhinə orada nələrin olduğunu bilib, bunları üzə çıxarmamaqda qətiyyətlidirlər. Mütəllimov və Elçibəy hakimiyyətinin bu arxivi açmağa elə də zamanları olmadı. Həm də o dövrdə müharibə gedirdi. Ukraynada bu işi etdilər, fikirləşdilər ki, hansısa sənədləri açmaq olar. Hətta o dərəcədə oldu ki, bəzi insanların qohum-əqrəbalarına kimlərsə satqınlıq edibsə, kimisə satıbsa, məlumat verildi. Bizdə isə bunlar yoxdur. İndiki iqtidar 23 ildir hakimiyyətdədir. Bununla bağlı qanun işləməyə kifayət qədər vaxtları olsa da, bunu hələ etməyiblər. Onsuz da bu sənədlərlə agentura şəbəkəsi açılmır. Amma Azərbaycan tarixində nələrin baş verdiyini təkcə tarixçilər deyil, cəmiyyətin özü də bilməlidir. Tutaq ki, 1988-ci ildə Qarabağ hadisələri başlayanda biz az qala baş verən hadisələri saatbasaat göndərirdik. Məsələn, məlumat verirdik ki, burada mitinq keçirilir, kimlər çıxış edir, tələb nədir və s. Bunlar 29 il əvvəl baş verib, mən və o hadisənin iştirakçıları bu barədə xəbərdarıq. Amma 28 yaşı olan şəxs bilmir ki, o anadan olanda nələr baş verib. Bu işlərin məxfi tərəfləri var. Hesab edirəm ki, müəyyən zaman seçilməlidir. Məsələn, 30 və ya 40 ildən sonra bəzi sənədlərin  açılması. Bu daha çox cəmiyyəti tərbiyə edir. Cəmiyyətdən  daha çox da məmurları, xüsusilə yüksək vəzifədə çalışanları tərbiyə edər ki, nə vaxtsa bu sənədlər açılacaq. Nəticədə düzgün, qanunla hərəkət edərlər”.
Previous Post

İlham İsmayıl: “DTK arxivləri açılsa cəmiyyət şoka düşər”

Next Post

Prezident Trampa rədd cavabı verdi: `Pul verməyəcəyik`

Bənzər yazılar

Baş nazirdən bu qanunla bağlı tapşırıq

Baş nazirdən bu qanunla bağlı tapşırıq

28 Avqust 2026 - 14:44

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir...

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

28 Avqust 2026 - 14:30

Ötən gün polis tərəfindən saxlanılan Nigar Fərhad sərbəst buraxılıb. Elchi.az lent.az-a istinadla xəbər verir ki, prokurorluq onun həbsinə sanksiya verməyib...

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

28 Avqust 2026 - 13:57

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi...

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

28 Avqust 2026 - 13:23

Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd nəzarətinin müasir texnologiyalar əsasında həyata keçirilməsi, sərnişinlərin rahatlığının təmin olunması və sərhədkeçmə prosedurlarının operativliyinin artırılması...

Next Post

Prezident Trampa rədd cavabı verdi: `Pul verməyəcəyik`

Prezident Trampa rədd cavabı verdi: `Pul verməyəcəyik`

Son xəbərlər

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib

28 Avqust 2026 - 16:00
“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

“Özümü birbaşa efirdə öldürəcəyəm”-Panikada olan saxta “beynəlxalq hüquq müdafiəçisi” intihar şantajına keçdi – VİDEO

28 Avqust 2026 - 15:58
Bu binalar sökülə bilər

Bu binalar sökülə bilər

28 Avqust 2026 - 15:45
Bu tələbələr təhsil haqqı ödəməyəcək

Bu tələbələr təhsil haqqı ödəməyəcək

28 Avqust 2026 - 15:16
Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

Tramp özünü ABŞ tarixinin “ən böyüyü” elan etdi

28 Avqust 2026 - 15:00
Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

Sərkisyandan soruşurdum ki, nə baş verib… – Zülfüqarov

28 Avqust 2026 - 14:52
Baş nazirdən bu qanunla bağlı tapşırıq

Baş nazirdən bu qanunla bağlı tapşırıq

28 Avqust 2026 - 14:44
Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

28 Avqust 2026 - 14:30
“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28 Avqust 2026 - 14:14
Gürcüstan prezidenti 226 nəfəri əfv edib

Gürcüstan prezidenti 226 nəfəri əfv edib

28 Avqust 2026 - 14:00
FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

28 Avqust 2026 - 13:57
Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilmişdir

28 Avqust 2026 - 13:23
Peskov: “Ukrayna ilə danışıqlar prosesində yeni ideyalar yoxdur”

Peskov: “Ukrayna ilə danışıqlar prosesində yeni ideyalar yoxdur”

28 Avqust 2026 - 13:00
UEFA reytinqində Azərbaycanın mövqeyi

UEFA reytinqində Azərbaycanın mövqeyi

28 Avqust 2026 - 12:45
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Avqust 2026 - 12:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.