"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Türkiyənin “soyqırım” ləkəsi yoxdur”

16 Aprel 2015 - 11:17
in MANŞET
FacebookVatsap

“Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, 3c02c1795d11115a67f78f42dc071908iftiradan o yana keçməməkdir”
“Türkiyənin üzərində “soyqırım” ləkəsi və kölgəsi yoxdur”.

Bunu da oxuyun

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

 APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini “soyqırım” adlandırmasına cavab olaraq bildirib.

“Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”.

Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: “Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.

Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara “twitter” sosial şəbəkəsi üzərindən münasibət bildirib: “AP bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun”.

Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri və baş müzakirəçi Volkan Bozkır da AP-nin qərarı ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib.

Bozkır bu qərarın tarixi və hüquqi gerçəyi əks etdirmədiyini, ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib: “Avropa Parlamenti bugünkü qərarı ilə keçmişdəki acılar arasında ayrı-seçkilik yaradıb. Birinci Dünya Müharibəsində həlak olmuş Türk və Müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb”.

Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: “Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir”.

Bozkır Türkiyənin 1915-ci il olaylarının tarixi komissiyada araşdırılması ilə çağırış etdiyini də xatırladıb: “Ermənistanla 2009-cu ildə protokollar imzaladıq. Ancaq bu protokollar təsdiq olunmadan Ermənistan parlamentindən yığışdırıldı. Avropa Parlamenti isə bu qərarı ilə tarixi siyasətə alət etdi. AP-nin istifadə etdiyi “soyqırım” ifadəsi hüquqi anlayışdır. Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir”.

 

Previous Post

“Türkiyənin “soyqırım” ləkəsi yoxdur”

Next Post

Səbuhi Abbasov: “Bu qərardan ən çox sadə ermənilər əziyyət çəkəcək”

Bənzər yazılar

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiuma qoşulacaq. Elchi.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir...

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunları Komandanı Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərdə öz tonunu və yanaşmasını...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Next Post

Səbuhi Abbasov: “Bu qərardan ən çox sadə ermənilər əziyyət çəkəcək”

Səbuhi Abbasov: “Bu qərardan ən çox sadə ermənilər əziyyət çəkəcək”

Son xəbərlər

İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

26 Avqust 2026 - 12:28
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 11% artıb

Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 11% artıb

26 Avqust 2026 - 12:16
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib – VİDEO

FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib – VİDEO

26 Avqust 2026 - 12:09
Çempionlar Liqasında “Sabah”ın da yer aldığı 32 komanda bəlli oldu

Çempionlar Liqasında “Sabah”ın da yer aldığı 32 komanda bəlli oldu

26 Avqust 2026 - 11:52
İrandan ABŞ kəşfiyyatına milyardlarla dollarlıq zərbə iddiası

İrandan ABŞ kəşfiyyatına milyardlarla dollarlıq zərbə iddiası

26 Avqust 2026 - 11:40
Kolumbiyada 7,4 bal gücündə zəlzələdən sonra ölənlərin sayı artıb

Kolumbiyada 7,4 bal gücündə zəlzələdən sonra ölənlərin sayı artıb

26 Avqust 2026 - 11:27
Azərbaycan nefti cüzi ucuzlaşıb

Mərkəzi Azəri platformasının profilaktik işlər proqramı başa çatıb

26 Avqust 2026 - 11:19
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

26 Avqust 2026 - 11:05
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək

26 Avqust 2026 - 11:00
Təyyarə yer xidmətləri əməkdaşını vurdu

Təyyarə yer xidmətləri əməkdaşını vurdu

26 Avqust 2026 - 10:56
ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı

ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı

26 Avqust 2026 - 10:41
Kəmaləddin Heydərov Belarus Respublikasının memarlıq və tikinti naziri ilə görüşdü

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

26 Avqust 2026 - 10:33
ABŞ ordusu Karib dənizində narkotik daşıyan qayığı vurdu: 4 ölü

ABŞ ordusu Karib dənizində narkotik daşıyan qayığı vurdu: 4 ölü

26 Avqust 2026 - 10:28
CIA direktorundan Moskvaya diqqətçəkən səfər

CIA direktorundan Moskvaya diqqətçəkən səfər

26 Avqust 2026 - 10:15
İran Hörmüz boğazının cənub dəhlizini bağladı

İran Hörmüz boğazının cənub dəhlizini bağladı

26 Avqust 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.