"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

İdarə edən şayiələr

02 Mart 2015 - 10:01
in MARAQLI
FacebookVatsap

Yer üzünün ən məşhur yalanları, komplo-nəzəriyyələri…img1757281

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Rusiya müxalifətinin parlaq siması Boris Nemtsovun qətlindən sonra xeyli şayiə dolaşmağa başladı. Daha dəqiqi, onun ölümündə əli ola biləcək qüvvələr, insanlar, bu planı quranlar…. Neçə gündür ki, dünya elə bu şayiələrlə çalxalanır. Bunlardan hansının gerçək, hansının yalan olduğunu isə gələcək göstərəcək.

Hələliksə bu qətl bizi dünyadakı ən məşhur komplo-nəzəriyyələr, şayiələrlə bağlı gəzişmələr aparmağa vadar etdi. Cəmiyyətlər həmişə şayiələrə meyl edib. Dünyanın hansı ölkəsində yaşamasından, sosial statusundan asılı olmayaraq şayiə, fantaziya, komplo teoriyaları müzakirə mövzuları olub. “Xəbərin var, deyirlər ki…” ilə başlayan neçə-neçə cümlələr qurmusunuz ömrünüzdə? Əminəm ki, ən azı yüzü olub. Burada məhəllə, qohum-əqrəba, dost-tanış səviyyəsində olan şayiələrdən danışmırıq. Dünyanı sarsıdan, iqtidarları çaş-baş qoyan, dövlətləri bir-birinə düşmən edən bir neçə şayiədən danışacağıq sizə. 
Əslində komplo cəmiyyətdən gizlədilən, amma hansısa formada ona sızan məlumatlar barədə alternativ informasiya, şayiələrin yayılması deməkdir. Dünya böyük, orda cərəyan edən olaylar isə saysız-hesabsız olduğundan ən önəmlilərini, səs-küy yaradanları seçdik. Ortaya ilginc mənzərə çıxdı.
Atatürk haqda yalan
Mustafa Kamal Atatürk masonlar tərəfindən öldürülüb. Buna səbəb isə Atatürkün masonların dövlət evini qapadıb onların fəaliyyətinə son verməsi göstərilir. Plan sadə imiş – masonlar öz  adamları olan həkimi Atatürkün şəxsi müalicəsinə cəlb ediblər və sonuncu ona yavaş-yavaş zəhər verərək ölməsinə səbəb olub.
SPİD şayiə çıxdı
SPİD (QİCS) virusu 1974-cü ildə genetik mühəndislər tərəfindən yaradılıb. Bunun üçün Afrikada çox uğurlu bir təcrübə keçirilib və qatil virusa “həyat verilib”. İlkin versiyalara görə, bu bəlanın dünyaya ayaq açmasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və sovet KQB-si kimi qurumlar maraqlı olub. Məqsəd isə sürətlə artan dünya əhalisinin sayını azaltmaqdır.
Elvis Presli ölüb, ya yox?
1977-ci ildə dünyasını dəyişən əfsanəvi pop ulduzu Elvis Preslinin bir çox pərəstişkarı onun ölümünün uydurma xəbər olduğuna inanır. Onların fikrincə, ulduz deyilən tarixdə yox, 90-cı illərin ortasında dünyasını dəyişib.
Diananı Mİ6 öldürüb?
Komplo deyərkən ağla gələnlərin sırasında şahzadə Diananın ölümü də var. 1997-ci ilin avqustunda məşum bir avtomobil qəzasında həyatını itirən şahzadə barədə bu günə qədər formalaşmış şayiələrdən biri də sözügedən qəzanın İngiltərənin məxfi xidmət orqanı olan Mİ6 tərəfindən təşkil olunmasıdır. Versiyalara görə, şahzadənin ərəb mənşəli milyarder Dodi əl-Fayedlə münasibətləri kral ailəsini narazı saldığı üçün belə bir sonluq planı hazırlayıblar.
Səddam Hitlerin oğludur?
Bu, ilk baxışda uydurma təsiri bağışlayır. Amma bu uydurmaya faktların də əlavə olunduğunu nəzərə alanda ortaya ilginc mənzərə çıxır. Şayiələrə görə, Hitlerin sevgilisi 20 aprel 1937-ci ildə Səddamı dünyaya gətirib. J.P.Dalesin müəllifi olduğu “Reyxin oğlu” adlı kitabda qeyd edilib ki, Hitlerin gənc sevgililərindən biri 1936-cı ildə hamilə qalıb. Hitlerin bundan xəbəri belə olmayıb. Amma Almaniya məxfi orqanları bu uşağın Hitlerə problem yaradacağını düşünərək onu Livanın paytaxtı Beyruta apararaq orada gizlədiblər. Daha sonra isə Səddama saxta bir ailə tapılıb, o da atasından bixəbər böyüyüb.
Saxta Pol Makkartni
Yayılmış bir şəhər əfsanəsinə görə, Pol Makkartni də 1966-cı ildə bir avtomobil qəzasında həyatını itirib. Şayiələr belə yayılıb ki, “Bitlz” (“Beatles”) qrupunun uğursuzluq zolağına düşməməsi üçün ulduzun ölümü dünyadan gizlədildi və onun yerinə başqa bir adam Pol Makkartni kimi təqdim edildi. Saxta Pol isə qrupun illərlə yaşamasına səbəbkar oldu.
Qlobal istiləşmə yalanı
Bəzi iqlim bilicilərinin versiyalarına görə, qlobal istiləşmə barədə deyilənlər yalandan başqa bir şey deyil. Bu da yüksək vergilər tətbiq etmək üçün dünya əhalisinin sayını süni şəkildə azaltmaq məqsədi daşıyır.
İsa Peyğəmbər evlənib…miş
Dan Braunun “Da Vinci kodu” əsərindən sonra ortaya çıxan bir qənaətə görə, İsa Peyğəmbər evli olubmuş. O, Mariya Maqdalena ilə evlənib və bir övladı dünyaya gəlib. Daha sonra Fransaya köç etdiyi düşünülən İsanın oradakı Sion monastırında yaşadığı deyilir.
11 sentyabr terroru kimin əməlidir?
2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror aktının elə həmin ölkənin məsuliyyəti olduğunu düşünənlərin sayı get-gedə artır. Komplo teoristlərinin fikrincə, Amerika hökuməti daha öncədən bu terror aktı barədə məlumatlı olub. Hətta bəzi şahidlər iddia edir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çarpmasından bir neçə saniyə öncə partlama səsləri eşidilib. Deməli, sözügedən hücumdan daha öncə hansısa həmlələr də olub və hökumət də kursda imiş.
Vilson sovet casusudur?
İngiltərənin baş naziri Harold Vilsonun Sovetlər İttifaqının casusu olması da komplo nəzəriyyəçilərinin vazkeçilməzləri sırasında yer alır. Versiyalara görə, məhz hakimiyyəti dönəmində ingilis ordusunun ona qarşı çevriliş etmək istəməsi, habelə funt-sterlinqin də devalvasiyaya uğraması onun casus olduğunu sübut edir.
Özalın ölüm səbəbi sui-qəsddir?
Türkiyənin 8-ci prezidenti Turqut Özalın 1993-cü ilin 17 aprel tarixində dünyasını dəyişməsi də aləmi qatan və şayiələrə yol açan olaylardan sayılır. Bu hadisədən sonra isə onun ölümü barədə dartışmalara da start verildi. Turqut Özalın həyat yoldaşı Səmra Özalın “Turqut böyük türk birliyini yaratmaq istəyirdi. Bunun qarşısını almaq üçün öldürdülər” deməsindən sonra onun ölümünün bir qətl, sui-qəsd olması barədə söz-söhbətlər də artdı.
Daha sonra isə həyat yoldaşı Turqut Özalın zəhərlənərək öldürüldüyünü iddia etdi. Prokurorluq sözügedən faktı araşdırdıqdan sonra onun ürək çatışmazlığından dünyasını dəyişdiyini açıqladı. Faktlara görə isə, Özala daha öncə də – 1988-ci ilin 18 iyun tarixində iştirak etdiyi bir tədbirdə də sui-qəsd cəhdi edilmişdi. Türk xalqı məhz bu səbəbdən bir müddət Özalın öz əcəli ilə ölmədiyinə inandı.
Aya heç bir insanın ayağı dəyməyib
Söhbət yadplanetlilərdən düşəndə şayiənin, komplonun sayı-hesabı olmur. Çünki bu sahədəki araşdırmalara məhdud sayda ölkənin və alimin çıxışı var. Tarixdə yadplanetlilərlə bağlı ən geniş yayılmış komplo teoriyası isə guya ki, Aya ümumiyyətlə, insan ayağının dəyməməsidir. Şayiələrə görə, Amerikanın “Apollon-11″ kosmik gəmisi ilə Aya göndərdiyi və 1969-cu ilin 20 iyul tarixində Aya endiyi deyilən komanda ümumiyyətlə, Aya heç ayaq basmayıb. Belə ki, nəzəriyyəçilər Aya ayaq basdığı deyilən Nil Armstronq və Edvin Aldvinin Ay əvəzinə Nevada ştatının (ABŞ) çöllüklərindəki bir açıq fotostudiyaya ”endirildiyinə” inanır. Yəni dünyaya yayılan o fotolar, sadəcə, xəyal məhsuludur və studiyada çəkilib. Məqsəd isə insan övladının başını irreal məsələlərlə qatmaqdır.
Bermud üçbucağı – şeytan yuvası
Bermud “şeytan üçbucağı” Atlantik okeanında bir çox gəmi və təyyarənin itdiyi, bəzi anormal hadisələrin yaşandığı bölgənin adıdır. Heç kimsənin barəsində açıqlama vermədiyi bu əsrarəngiz fenomen içində elm adamlarının da olduğu insanlar tərəfindən illərlə “fövqəlbəşər olay” kimi qələmə verildi. Burada uzun müddət bir çox gəmi, təyyarə arxalarında heç bir iz qoymadan itdi. Hamı mövzu barədə illərlə danışdı, amma ortaya konkret fakt qoyan olmadı. Nəhayət, bu bölgədə itmə halları da sona çatdı.
Kennedini kim öldürdü?
Amerikanın keçmiş prezidentlərindən olan Con Fitscerald Kennedi 1963-cü ildə Dallas şəhərində sui-qəsd qurbanı oldu. Dövlət və bəzi siyasətçilər bu olayın MKİ rəhbəri Hover və bəzi mafiya qrupları tərəfindən həyata keçirildiyi barədə fərziyyələr uydurdular. Belə ki, həmin vaxt İsrailin nüvə silahı vasitəsilə İrana hücum edəcəyi, Kennedinin isə bu silaha görə İsrailə xəbərdarlıq məktubu göndərdiyi olayı təsdiqləyən ilkin versiyalar sırasındadır. İsrailin baş naziri Levi Eşkola göndərdiyi məktubda Kennedi yazıb ki, nüvə silahı ilə bağlı etibarlı məlumat əldə etməyib də hərəkətə keçəcəkləri təqdirdə Amerika-İsrail münasibətləri təhlükəyə girə bilər. Bu sahə üzrə çalışan israilli mütəxəssislər də iddia edir ki, belə bir məktub var və Kennedi İsrail hökumətinə təzyiq etdiyi üçün sui-qəsd qurbanı olub.
Obama Keniyada doğulub?
Hakimiyyətə gəldiyi gündən etibarən Barak Obamanın həyatı ilə bağlı şayiələr də dayanmadan artır. ABŞ prezidentinin atası keniyalı olduğundan ölkə əhalisi arasında onun Keniyada dünyaya gəlməsi barədə şayiələr dolaşır. Amerika konstitusiyasına görə, prezident olacaq adamın mütləq bu ölkədə doğulması şərtdir. Obama Havayda doğulması barədə sənədləri Ağ Sarayın internet səhifəsində yerləşdirsə də Keniya versiyası hər zaman aktualdır. Əhali bu şayiədən vaz keçmək istəmir.
Yadplanetlilər Nevada ştatında qonaq olub?
1947-ci ildə Amerikanın Nevada ştatında baş verən bir qəza dünyadakı ən məşhur komplo fərziyyələrinin yaranmasına səbəb olub. Baş verən qəzada bir yadplanetlinin dünyaya düşməsi və daha sonra digər “həmcins”lərinin də bura ayaq açması sözügedən komplonun ana xəttini təşkil edir. Olaydan dərhal sonra alimlər bu yöndə araşdırma apararaq yerə düşən və insanların diqqətini cəlb edən əşyanın yadplanetli yox, hava müşahidə şarı olduğunu sübut etdilər. Amma kosmos fanatikləri hələ də Nevadanı yadplanetlilərin paytaxtı hesab edir.
Sunami kimin işidir?
2004-cü ildə Hind okeanında meydana gələn nəhəng dalğalar bu gün də dartışma mövzusudur. Versiyalara görə, sunami İsraillə Amerikanın ortaq istehsalı olan bir nüvə silahının fəsadıdır. Belə ki, sözügedən iki ölkə silahı sınaqdan keçirərkən Hind okeanında bunun yan təsiri görünüb və bu, sunami olaraq tarixdə yer alıb.
Misir və Orta Şərqdəki bir çox qəzetçilər bu işi araşdıraraq olayın müsəlmanlara ziyan vermək üçün düşünülmüş plan olduğunu iddia etdilər. Düzü, iddianı dünya gündəminə daşımağa da nail oldular. Allahın qəzəbi, dörd təbii fəlakətdən biri, yoxsa İsraillə Amerikanın müsəlmanlara zərbəsi? Sunaminin bunlardan hansı olduğu hələ də mübahisə mövzusudur…
Sevinc  TELMANQIZI
Previous Post

İdarə edən şayiələr

Next Post

Mən Nitsşeni necə başa düşdüm?

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Mən Nitsşeni necə başa düşdüm?

Mən Nitsşeni necə başa düşdüm?

Son xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.