"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Fəttah Heydərov: “Heydər Əliyev olmasaydı, Azərbaycan parçalanacaqdı” – MÜSAHİBƏ

12 Dekabr 2014 - 11:00
in MANŞET, MÖVQE
FacebookVatsap
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun APA TV-yə müsahibəsi126546a916a0f6a09f405bd5ac1fe5c3

 

Bunu da oxuyun

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

– Heydər Əliyevi necə xatırlayırsınız?

 

– Ümummilli lider mənim xatirəmdə, dünyanın ən gözəl insanlarından biri kimi, işıqlı dünyanın ilahi tərəfindən yaradılmış ən gözəl, qədd-qamətli boy-buxunlu, fiziki cəhətdən çox sağlam, həmişə yadda qalan və yaradılmışların əksəriyyətindən fərqlənən, seçilən gözəl insan kimi yadda qalıb. Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işlədiyim üçün onu  şəxsi keyfiyyətlərini, onun iki mənada-rəhbərlik sahəsindəki çox böyük yüksək keyfiyyətlərini bu gün də xatirəmdə canlandırıram və hesab edirəm ki, o nadir insanlardan biri idi ki, onda böyük uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət hisslər var idi. Və o hisslər tamamilə onun vücudunda idi, varlığında idi. Eyni zamanda Allah-taala Heydər Əliyevi çox böyük işıqlı şəxsiyyət kimi yaratmışdı. O işıq ilk dəfə görəndən bu günə qədər də gözümün qabağından getmir. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən bir böyük şəxsiyyət idi. Heydər Əliyevdə müqəddəs ideyalar, əməllər ətrafında insanları ətrafına yığmaq, öz arxasınca aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə də Heydər Əliyev ilk baxışda onunla təmasda, ünsiyyətdə olan insanları inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı.

 

O, çox böyük bir ağsaqqal idi. 1969-cu ilin iyununda Azərbaycanda rəhbərliyə gələndə onun hələ 46 yaşı var idi. Ancaq o qədər müdrik idi, o qədər təkmil zəkaya, biliyə, ağla sahib idi ki, o zaman Azərbaycanda gedən prosesləri istiqamətləndirməyi bacardı. Heydər Əliyev Azərbaycan kəndlisinə torpaqdan istifadə etməyi, becərməyi, məhsul almağı öyrətdi. Azərbaycan kəndlisinə özünə ev-eşik tikməyi, ev-eşik sahibi olmağı, həyət-baca sahibi olmağı Heydər Əliyev təlqin elədi. Azərbaycan insanına öz övladlarını oxutmasına, təhsil verməsinə, irəli çəkməsinə, orta məktəb məzunlarının Azərbaycandan kənara çıxmasına, o zaman ünlü olan təhsil müəssisələrində təhsil almasına Heydər Əliyev şərait yaratdı. Bunların hamısı bir yol idi, bir istiqamət idi və həmin dövrdə, SSRİ dövründə, o, Azərbaycanın müstəqilliyinin əsasını qoyurdu. Onda bir müstəqil fəaliyyət keyfiyyəti var idi. O vaxt biz ittifaqın respublikası idik və Moskvadan idarə olunurduq. Belə bir kəskin vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etdi. O Azərbaycan xalqı, insanı üçün nə düşündüsə, onu həyata keçirməyi bacardı. Bunun nəticəsində Azərbaycan torpağı varlı, bərəkətli torpağa çevrildi. Susuz torpaqlara su çəkdi, susuz kəndlərə içməli su verdi. Azərbaycanda o zaman mövcud olmayan yollar inşa elədi. Həmin dövrdə Azərbaycanda pambıqçılığı, üzümçülüyü, taxılçılığı inkişaf etdirməklə respublikamızı bir xeyir-bərəkət respublikasına çevirdi.  Bunlar hamısı mənim gözümün qabağında baş verib və ulu öndərə aid olan xatirələrdir.

 

Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə ayrı-ayrı qüvvələrin, xüsusilə bədnam qonşuların Azərbaycandan olan ərazi iddialarının qarşısını tamamilə aldı. Heç kəs cəsarət edib bu mövzuda danışa bilmədi. Heydər Əliyev həmin dövrdə Azərbaycan dilini Konstitusiyada daxil etməklə dövlət dili elan etdi. Bu bizim bugünkü müstəqilliyimizin fundamenti idi.

 

Mən Ordubadda çalışmışam. Ordubad meyvəçilik rayonudur. Onun hakimiyyəti dövründə Ordubad çox böyük meyvəçilik rayonuna çevrildi. On min tonlarla ərik, şaftalı, heyva və digər dadlı, ləzzətli meyvələr istehsal olundu. Konserv zavodları tikildi, həmin konserv məhsulları o zaman SSRİ ərazindəki ölkələrə  vaqonlarla göndərilirdi. Eyni zamanda, mədəniyyət evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi başlandı. Bu gün həmin yol davam edir. Hörmətli prezidentimiz cənab İlham Əliyev bu yolu davam etdirir. Artıq Azərbaycanda daha böyük sürətlə, daha müasir, daha gözəl, daha dünya miqyaslı məktəblər, səhiyyə müəssisələri, yollar, idman kompleksləri və insana xidmət edən nə varsa, hamısı tikilir. Bunun başlanğıcını Heydər Əliyev hələ o zaman qoymuşdu. Heydər Əliyev bir daşı bir daşın üstünə qoyanda çox sevinirdi. Sevinirdi ki, Azərbaycan xalqına xidmət edən bu işlər var. Mənim yaxşı yadımdadır, ulu öndəri bizim ağır günlərimizdə, Sovetlər İttifaqının dağılması prosesində hakimiyyətdən kənarlaşdırdılar. Hətta o Azərbaycanda da özünə yer tapa bilmədi və Naxçıvana gəldi. Belə bir vaxtda Naxçıvanı işğaldan qurtardı. Həmin dövrdə mən ulu öndərin hər zaman yanında olmuşam. O, hər gecə səhərə kimi blokadada olan Naxçıvanı çörəklə təmin etmək üçün qonşu ölkələrdən şəxsi nüfuzundan, hörmətindən istifadə edərək aldığı ərzaqların yolunu gözləyib. Yuxusuz gecələr keçirirdi, soyuq kabinetlərdə cəmiyyətə zidd olan qüvvələrin, parçalanmış, hissələrə bölünmüş qüvvələrin bir yerə yığılması, ayrı-ayrı silahlı qrupların bir-birinə qarşı yox, düşmənə qarşı yönəldilməsi üçün yuxusuz gecələr keçirirdi. Onlara izah etmək, onları başa salmaq, onları bir yerə yığmaq üçün öz müdrik xüsusiyyətlərindən istifadə etdi və Naxçıvanı bəladan qurtardı. Çox cəsarətli bir kişi idi Heydər Əliyev. Heç nədən qorxmurdu. Mənim yadımdadır, blokada dövrü idi, sərhədlərdə döyüşlər gedirdi. Belə bir vaxtda Ermənistanda sərhəddə olan Sədərək məntəqəsinə getdik. Mən orada gördüm ki, Ermənistan tərəfdə qəbiristanlıqdakı qəbir daşlarının arxasından avtomat lülələrə bizə tərəf yönəlib. Mən müraciət etdim ki, Heydər Əliyev, ora getmək olmaz, orada silahlı adamlar var,  hamısı da silahlarını bizə doğru tutublar. O heç nədən qorxmadı. Dedi, qoy vursunlar məni. Mən gedib görməliyəm ki, orada vəziyyət necədir. Doğrudan da cəsarət edib getdi. Biz də ürəklənib onunla getdik. Məndə belə xatirələri qalıb. O qorxmaz insan idi, heç nədən qorxmurdu. İradəli idi, öz taleyinin sahibi idi.  Buna görə də istər siyasi mübarizədə, istər o cür fəlakətli anlarda heç nədən qorxmandan, yalnız və yalnız xalqı blokadadan, işğaldan qurtarmaqdan ötrü çox cəsarətli hərəkət etdi. Çox mülayim və yumşaq ürəyə malik idi. İlk dəfə Naxçıvanda hakimiyyətlə gələndə hər dəfə sərhədlərdən şəhidlər gəlirdi. Heydər Əliyev onların hər birinin yasına gedir, dəfnində iştirak edir, onlara ürək-dirək verirdi. Deyirdi ki, belə qalmayacaq, biz qalib gələcəyik. Biz bu məsələni həll edəcəyik. Doğrudan da Naxçıvanı o bəlalardan Heydər Əliyev qurtardı. Azərbaycan xalqı o zaman müdriklik göstərdi, öz xilaskarını gördü, ulu öndəri Azərbaycana dəvət etdi və Heydər Əliyev Azərbaycanı da işğaldan qurtardı. Heydər Əliyev Azərbaycana rəhbərliyə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanımız yox idi.

 

– Heydər Əliyev hakimiyyətə gəldikdən sonra görülən işləri necə qiymətləndirirsiniz?

 

– O xalqın təkidi və tələbi ilə Azərbaycan gələndən sonra aldanmış, guya Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan o mənfur qüvvələr yenə də öz ambisiyalarından əl çəkmirdilər. Azərbaycanda ayrı-ayrı silahlı dəstələr əmələ gəlmişdi. Azərbaycanda regionçuluq mübahisələri yaranmışdı. Azərbaycanı didmək, parçalamaq istəyirdilər. Bu həmin insanların öz proqramı deyildi, onlar tələyə düşmüş adamlar idilər. Onlar xaricdən, kənardan yazılmış ssenarinin icraçıları idilər. Bu ağır, çətin vəziyyəti yalnız Heydər Əliyev dühası dərk edə, anlaya bilərdi. Çünki o hər şeyi bilirdi. Heydər Əliyevin özünün içərisində bir ilahi vergi var idi.  Ona görə də həmin dövrdə silahlı dəstələrin qarşısının alınması, onlarının öz yerinə oturdulması, çevriliş cəhdlərinin qarşısının alınması böyük ağıl, cəsarət, təmkin tələb edirdi. Heydər Əliyev xalqı ətrafına yığmaqla Azərbaycanı onlardan xilas elədi, Azərbaycanın müstəqilliyi təmin olundu. Elə bir zaman, dövr , saat gəlib çatdı ki, artıq o qüvvələr öz ssenarilərini həyata keçirmək, niyyətlərinə nail olmaq ərəfəsində idilər. Belə bir vaxtda Heydər Əliyev sevdiyi, onun arxasında olan, ürəyində olan və ona inanan xalqı səslədi. O zaman prezident iqamətgahının ətrafına bütün Azərbaycan yığışdı, xalq yığışdı, millət yığışdı. Onun səsinə səs verdilər və Azərbaycan bu fəlakətlərdən qurtardı. Mənə elə gəlir ki Heydər Əliyev müdrikliyi onun sağlığında bunların qarşısını nə qədər almışdısa, zaman-zaman İlham Əliyev dövründə bunların qarşısı alındı. Çünki xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur. Bir daha təkrar edirəm ki, sonuncu prezident seçkiləri 10 il müddətində xalqın həmrəylik səsi ilə Heydər Əliyev yolunu daha 5 il də davam etdirmək imkanı yarandı. Hörmətli prezidentimiz Azərbaycan üçün, onun beynəlxalq aləmdə yerini möhkəmlətmək üçün imkan əldə etdi.

 

– Heydər Əliyevlə son görüşünüzü necə xatırlayırsınız?

 

– Ulu öndərin 70 illiyini Naxçıvanda qeyd etdik. Özünün çox da razılığı olmadan kiçik bir məclisdə, Azərbaycanın da bir çox yerlərindən gəlmiş qonaqlarla birlikdə Naxçıvanda qeyd etdik. Bu, mənim xatirəmdədir. Ulu öndər məhz həmin kiçik məclisdə də öz sözlərini demişdi, öz fikirlərini demişdi. Azərbaycanın bu gününün görərək dediyi sözlər mənim xatirəmdədir. O dedi ki, Azərbaycan xalqının yaxşı yaşamaq haqqı var. Azərbaycan dövlətinin dünyanın ən gözəl dövləti olması haqqı var. Bu haqqı da özü yaratdı. Bu görüşlərdən biri xüsusilə yadımdadır. Məmməd Arazla bağlı bir məsələ var idi. Bu barədə mən məruzə etdim və dərhal göstəriş verdi, Məmməd Arazın həyat şəraiti yaxşılaşdı, ev şəraiti yaxşılaşdı, nə arzusu vardısa, yerinə yetdi. O zaman mənə dedi ki, “bilirsiniz, adamlara qayğı göstərmək lazımdır. Bəzi adamlar bu cür şəxslərə laqeydlik göstərirlər, fikir vermirlər. Xahiş edirəm ki, həmişə belə məsələlər olanda mənim xəbərim olsun”.

 

– Heydər Əliyev olmasaydı, Azərbaycanın bu gün vəziyyəti necə olardı?

 

– Ümummilli lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı parçalayacaqdı. Azərbaycanın bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir hissəsi Şimala, bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Allah böyük, Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqının münbit torpaqları, yaradıcı insanları, Füzulisi, Nizamisi var.  Azərbaycanda Vaqif, Vidadi nəsli yaşayır.  Səməd Vurğun nəsli yaşayır. Azərbaycan elə-belə Azərbaycan deyil. Bu xalqın möhtəşəm bir dövlət kimi yaşamağa haqqı var. Azərbaycan dünyada tanınır, Avropada tanınır, okeanın o tayında tanınır, Şərqdə tanınır, Afrikada tanınır. Dünyanın bütün qitələrində Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan məfhumu var. Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti bizim hörmətli prezidentimizin rəhbərliyi sayəsində, onun hamı tərəfindən sevilən xanımının fəaliyyəti, Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində artıq daha geniş miqyasda tanınır. Azərbaycan var, yaşayır, əbədi olaraq yaşayacaq.

Previous Post

Fəttah Heydərov: “Heydər Əliyev olmasaydı, Azərbaycan parçalanacaqdı” – MÜSAHİBƏ

Next Post

SÜRÜCÜLƏR, EHTİYATLI OLUN: bu il yol qəzalarında 1023 nəfər ölüb

Bənzər yazılar

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00

Sahibkar və amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya vətəndaşlarının mehribanlığına və qonaqpərvərliyinə heyran olduğunu bildirib. Elchi.az xəbər verir...

Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

06 Avqust 2026 - 11:42

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə iki Ukrayna hərbi yük gəmisini vurduğunu açıqladı. Elchi.az xəbər verir ki, Nazirlik Rusiya ordusunun Ukrayna...

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

06 Avqust 2026 - 11:31

ABŞ Prezidenti Donald Tramp Las-Veqasda keçirilən tədbirdə tez-tez tənqid olunan immiqrasiya siyasətini müdafiə edərək, qanunsuz immiqrantların ölkəyə girişinin qarşısını aldığını...

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ və İran arasında danışıqlar davam edərkən, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün...

Next Post

SÜRÜCÜLƏR, EHTİYATLI OLUN: bu il yol qəzalarında 1023 nəfər ölüb

SÜRÜCÜLƏR, EHTİYATLI OLUN: bu il yol qəzalarında 1023 nəfər ölüb

Son xəbərlər

Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

06 Avqust 2026 - 16:59
Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

06 Avqust 2026 - 16:46
Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

06 Avqust 2026 - 16:38
Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisi dron hücumuna məruz qalıb

Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisi dron hücumuna məruz qalıb

06 Avqust 2026 - 16:32
DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

06 Avqust 2026 - 16:24
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

06 Avqust 2026 - 16:16
Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

06 Avqust 2026 - 16:08
Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

06 Avqust 2026 - 16:00
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

06 Avqust 2026 - 15:51
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

06 Avqust 2026 - 15:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.