"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Məleykə Abbaszadəyə şok ittihamlar – bal saxtakarlığı

13 Avqust 2014 - 17:34
in XƏBƏR LENTİ
FacebookVatsap

TQDK-nın keçmiş əməkdaşı: “Balların saxtalaşdırılması mümkündür”publika.az1399271412teleqraf.com1399271248meleykedbncnty 
“TQDK çərçivəsində keçirilən test imtahanlarına elə bir mexanizm tətbiq etmək olar ki, bu proses tam şəffaf həyata keçirilsin. Hazırda tələbə qəbulu prosesində manipulyasiya edilməsi ilə bağlı şübhələrin əsası var. Tələbə TQDK-da hazırda elə bir sistem mövcud deyil ki, abituriyentlərin ali məktəblərə yerləşdirilməsi zamanı onların ballarına müdaxilə qəti şəkildə mümkün olmasın. Yəni istənilən zaman mövcud proqramlara müdaxilə edib istənilən nəticəni almaq mümkündür. TQDK-nın bir nümayəndəsi elə edə bilər ki, 120 bal toplayan abituriyentin ekrandakı adının qarşısında məsələn, 420 bal yazılsın”. 

Bu sözləri informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis, 2008-ci ilə qədər Tələbə Qəbulu Komissiyasında (TQDK) imtahanın təşkili sektorunun müdiri olmuş Fərman Abdullayev Teleqraf.com saytına açıqlamasında bildirib. 

“Jurnalist mütəxəssis deyil ki, prosesi izləsin” 

Fərman Abdullayevin sözlərinə görə, hazırda TQDK çərçivəsində fəaliyyət göstərən, balların hesablanması, imtahan vaxtı abituriyentlərin auditoriyalarda yerləşdirilməsi, cavab kartları, tələbə adını qazanmış abituriyentlərin ali məktəblər və ixtisaslar üzrə bölünməsi və sair işləri həyata keçirən bütün kompüter proqramları Nazirlər Kabinetinin 2010-cu ilin mayında imzalanmış “Dövlət informasiya resurslarının reyestri haqqında” qərarına uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin reyestr nəzarətinə verilməlidir: 

“Mövcud dövlət standartı da hazırlandıqdan sonra istifadəsi lazım olduqda nazirlikdən götürülüb istifadə olunmalıdır. Nazirlər Kabinetinin həmin qərarının tələblərinə görə, tələbə qəbulu işinə müstəqil ekspertlər də cəlb olunmalıdır. Niyə olunmur? İctimai nəzarəti təmin etmək üçün guya bir neçə ildir jurnalistlərin qəbul imtahanında iştirakı təmin edilir. Amma jurnalist mütəxəssis deyil ki, prosesi izləsin. Digər tərəfdən, auditoriyaya qısa baxış keçirməklə bütövlükdə prosesi necə izləmək olar? Əsas məsələ odur ki, balların artırılıb-azaldılmasına müdaxilə olmasın”. 

“Öz rəqibinin topladığı balı öyrənmək qəbahət deyil” 

Ekspert bildirdi ki, abituriyentin əldə etdiyi nəticələrlə bağlı məlumatların əldə edilməsi qanunla tənzimlənsə də, bu prosesdə ziddiyyətlər mövcuddur: “100 min adam imtahan veribsə, onların iş nömrəsi, kodu, ad-soyadı ictimaiyyətə açıq olmalıdır. Bu sistem Türkiyədə 4-5 ildir tətbiq olunur. Abituriyentin öz rəqibinin nəticələrini bilməsində bir qəbahət yoxdur. Əksinə, seçim də asan olar, abituriyent kor-koranə seçim etməz. 

Bizdə “Fərdi məlumatlar haqqında” qanuna istinad edərək, abituriyentin kodu yalnız özünə məlum olur, amma “Abituriyent” jurnalında abituriyentin adı-soyadı, iş nömrəsi, hara qəbul olunması da yazılır. Belə paradoksal vəziyyət yaranıb”. 

Abituriyentin gözü qarşısında bağlanan zərf… 

Test üsulu imtahanın keçirilmə prosesindən danışan ekspert dedi ki, bu prosesdə də ziddiyyətli məqamlar var: “Abituriyentlərin cavab kartları auditoriyada toplanır, polietilen zərfə qoyulur və “şəffaflıq” adına onların hər birinə imza atdırılır ki, şahid olun, gözünüzün qarşısında zərf bağlandı. Proses bura qədər çox normaldır. Amma o zərflər sonra hər bir abituriyentin gözü qarşısında açılmır axı. 

O zaman formal xarakterli bu proses kimə və nəyə lazımdır? Bu şəffaflıq deyil, gözdən pərdə asmaqdır. Odur ki, müstəqil ekspertlər TQDK-nın istifadə etdiyi proqramların ciddi ictimai nəzarət altında tam şəkildə fəaliyyət göstərib-göstərmədiyi monitorinq olunmalıdır”. 

“Səhər imtahan verən axşam hara qəbul olduğunu öyrənə bilər” 

Fərman Abdullayev dedi ki, TQDK-nın saytının skrinşotunda komissiyanın reyestrə daxil edilmiş proqramı əks olunub. Həmin proqramı əhəmiyyətsiz hesab edən ekspert yeni proqramın qəbul olunmasını vacib hesab edir: “Mən 6 il TQDK-nın işçisi olmuşam. Boşuna danışmıram. Sənəd qəbulunun internet üzərindən aparılması layihəsini ilk olaraq mən təklif etmişəm. Bu ideya başqaları tərəfindən mənimsəndi və həyata keçirildi, mənim adım o siyahıya da düşmədi. 

Hazırda isə təklif edirəm ki, ali məktəblərə sənəd verilməsindən son mərhələyədək bu prosesə heç bir kənar müdaxilə olmayan bir proqram tərtib olunsun. Mənim layihəmə görə, səhər saatlarında imtahan verən şəxs həmin günün axşamı hansı ali məktəbə qəbul olub-olmadığını öyrənə bilir. Bunun üçün 40 gün gözləməyin nə mənası var? Biz bu vaxtı itirməklə dələduzların sayını artırmış oluruq. Mənim layihəm hazırdır, yalnız rəsmi şəkildə təklif gəlsə, açıqlaya bilərəm”. 

AzNews.az 

Bunu da oxuyun

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Previous Post

Məleykə Abbaszadəyə şok ittihamlar – bal saxtakarlığı

Next Post

Azəri Günelin toy tarixi bəlli oldu – ÖZƏL

Bənzər yazılar

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49

Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb. Elchi.az bu barədə "Haber Global"a...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41

Bu gün səhər saatlarında "F-16" qırıcısı Rumıniyanın ərazi suları üzərində son üç gündə Rusiyanın üçüncü pilotsuz uçuş aparatını məhv edib....

Next Post

Azəri Günelin toy tarixi bəlli oldu - ÖZƏL

Azəri Günelin toy tarixi bəlli oldu - ÖZƏL

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

27 İyul 2026 - 12:30
Laçında 1,2 ton çətənə kolu məhv edilib

Laçında 1,2 ton çətənə kolu məhv edilib

27 İyul 2026 - 12:29
Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Azneft İB: Küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

27 İyul 2026 - 12:28
İyul çağırışının gedişatı müzakirə olunub

İyul çağırışının gedişatı müzakirə olunub

27 İyul 2026 - 12:25
Güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb

Güclü külək nəticəsində ağac aşıb, bir nəfər xəsarət alıb

27 İyul 2026 - 12:15
Azərbaycan klubu 9 illik məşqçisi ilə yolları ayırdı

Azərbaycan klubu 9 illik məşqçisi ilə yolları ayırdı

27 İyul 2026 - 12:08
Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciət etdi

Yol polisi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq etdi

27 İyul 2026 - 12:00
Zelenski ukraynalılara dəhşətli bir mesajla müraciət etdi

Zelenski ukraynalılara dəhşətli bir mesajla müraciət etdi

27 İyul 2026 - 11:53
Ağdamda açıq sahədə baş verən yanğın söndürüldü

Ağdamda açıq sahədə baş verən yanğın söndürüldü

27 İyul 2026 - 11:45
Ebola yoluxmaları artır

Ebola yoluxmaları artır

27 İyul 2026 - 11:37
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

27 İyul 2026 - 11:25
Almanların 70%-i ordunun ölkəni qoruma qabiliyyətinə etibar etmir

Almanların 70%-i ordunun ölkəni qoruma qabiliyyətinə etibar etmir

27 İyul 2026 - 11:13
Kolumbiyanın yeni prezidenti Azərbaycandakı səfirliyi bağlamağı planlaşdırır

Kolumbiyanın yeni prezidenti Azərbaycandakı səfirliyi bağlamağı planlaşdırır

27 İyul 2026 - 11:01
Bakıdakı tozlu hava nə vaxta kimi davam edəcək? – Xidmət açıqladı

Bakıdakı tozlu hava nə vaxta kimi davam edəcək? – Xidmət açıqladı

27 İyul 2026 - 10:50
Tramp: Dünyada hər kəsdən daha çox sursatımız var

Tramp: Dünyada hər kəsdən daha çox sursatımız var

27 İyul 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.