ABŞ-ın ələ keçirməyə çalışdığı Rusiya hərbi gəmiləri və sualtı qayığı tərəfindən sanksiyalı neft tankerinin müşayiəti Şimali Atlantikada Soyuq Müharibə illərini xatırladan hərbi gərginliyə səbəb olub.
Elchi.az xəbər verir ki, ABŞ tərəfindən Venesuela və İranla əlaqəli gizli neft ticarəti şəbəkəsinin bir hissəsi olduğu iddia edilən “Marinera” (əvvəllər Bella 1) adlı tanker qlobal güc mübarizəsini alovlandırdı. Həftələrlə davam edən təqib Rusiyanın bölgəyə hərbi elementlər yerləşdirməsi ilə beynəlxalq böhrana çevrildi.
“Daily Mail” qəzetində dərc olunan xəbərə görə, hadisələr dekabrın sonunda ABŞ Sahil Mühafizəsinin tankeri Karib dənizi sahillərində idarə etmək cəhdi ilə başladı. Ekipajın müqavimət göstərərək açıq dənizlərə qaçdığı və bu müddət ərzində gövdəyə müvəqqəti Rusiya bayrağının çəkildiyi bildirilir. Gəmi tezliklə Rusiyanın Soçi limanında “Marinera” adı altında qeydiyyata alındı və Moskvanın rəsmi himayəsinə keçdi.
Böhranın hərbi ölçüsünü vurğulayan Wall Street Journal (WSJ) qəzeti Rusiyanın tankeri qorumaq üçün bölgəyə sualtı qayıq və ən azı bir hərbi gəmi göndərdiyini bildirib. İslandiya və Şotlandiya arasındakı strateji sularda üzən karvanın ABŞ-ın mümkün müdaxiləsinin qarşısını hərbi yolla almağı hədəflədiyi deyilir.
Şayəstə





















