"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev Vergi Məcəlləsi ilə bağlı təkliflərlə çıxış edib

21 Noyabr 2025 - 16:07
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı çıxış edib.
Millət vəkili bildirib: “Hörmətli qonaqlar, həmkarlar, media nümayəndələri, mən çıxışıma Vergi Məcəlləsinin 2.8-ci maddəsini diqqətinizə çatdırmaqla başlamaq istəyirəm. Həmin normada qeyd olunur ki, “növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin mayın 15-dən gec olmayaraq təqdim edilir”.
Hörmətli sədr, bu məsələni mən əvvəllər də qaldırmışdım. Əgər doğrudan da Vergi Məcəlləsininin bu tələbinə əməl etmək mümkün deyilsə, bunu ölü norma kimi Vergi Məcəlləsində saxlamağa ehtiyac yoxdur və təklif edirəm ki, ikinci oxunuşda müvafiq icra hakimiyyəti orqanı ilə əlaqə saxlayaq və bu normanı, ümumiyyətlə, Vergi Məcəlləsinin tərkibindən çıxaraq”.
Qüdrət Həsənquliyev diqqətə çatdırıb: “Biz hamımız bilirik ki, Azərbaycanda hazırda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb. Keyfiyyətli yağ, ət yoxsul insanlar üçün ümumiyyətlə əlçatmaz olub. Biz bilirik ki, əhalinin yoxsulluğunun artması həm də siyasi və təhlükəsizlik məsələsidir. Sosial vəziyyət ağırlaşanda ölkədə dini və siyasi ekstremizm üçün əlverişli mühit yaranır və cinayətkarlığın səviyyəsi artır. Bir çox insanlar dolanışığını təmin etmək üçün hətta öz azadlığı ilə belə risk edirlər və cinayətlərə gedirlər. Ona görə mən təklif edirəm ki, biz indi bu ildən vergi güzəştləri ki, ləğv olunmuşdu onu bərpa edirik və 2500 manat maaş alan şəxslər üçün artıq 3 faiz vergi dərəcəsi müəyyənləşir. Mən hesab edirəm ki, 1000 manata qədər maaş alanlar, ümumiyyətlə, bütün növ vergilərdən azad olunsunlar. Yəni burada qeyd olunsun ki, 2500 manata qədər maaş alanlar üçün 3 faiz vergi dərəcəsi müəyyən olunsun və 2500-dən yuxarı isə indiki qayda davam etsin. Mən bunu normal sayıram, amma yoxsul təbəqəni doğrudan da müdafiə etmək lazımdır. Mən keçən iclasda da dedim ki, əmək miqrantlarının göndərdiyi vəsait kəskin azalıb, əhalinin sosial vəziyyətində ciddi problemlər var. Yəni bunu görməzdən gəlmək mümkün deyil.
İkincisi, mən həm də düşünürəm ki, bunu etmək mümkündür. Bizim maliyyə vəsaitimiz buna imkan verir. Mərkəzi Bankla Dövlət Neft Fondunun maliyyə ehtiyatlarının həcmi 81,5 milyarda çatıb. Bir var Neft Fondunda vəsait azalardı ona görə Neft Fondundan büdcəyə transfertin həcmini azaltsaydıq bu başadüşülən olardı.
Bu gün Tramp tariflərdən çox vəsait gəldiyi üçün ABŞ hər insana 2 min dollar vəsait verəcəyini bəyan edir. Amma, bizdə valyuta ehtiyatlarımız artır, əvəzində vergilər tətbiq edirik. Mən bunu diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Neft Fondundan transfert 1 milyard 646 milyon manat, yəni 11,4 faiz az proqnozlaşdırılır. Bu, kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, hətta bunu olduğu səviyyədə belə saxlamaq olar.
Əlavə vəsaitlər cəlb etmək üçün, ümumiyyətlə, 3 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə girişinə ya qadağa qoyulmalıdır, ya da elə vergi dərəcələri müəyyən olunmalıdır ki, onları ölkəyə gətirmək mümkün olmasın. Bu, həm də daxili bazarı qorumaq üçün lazımdır. Ona görə bizim özümüz artıq avtomobil istehsal etməyə, daha doğrusu yığmağa başlayacağıq”.
Millət vəkili həmçinin əlavə edib: “Başqa gəlirlərlə bağlı da fikirlərimi bölüşmək istəyirəm. O zaman da bu məsələ qəbul olunanda mən buna kəskin etirazımı bildirmişdim. Sahibkarlara imkan verilmir ki, onlar 30 min manatdan artıq vəsaitlərini nağdlaşdırsınlar. Onlar onsuz da müxtəlif yollar tapırlar, müxtəlif şirkətlər öz aralarında saxta müqavilələr imzalamaqla gəlirlərinin 7 fazidən 14 faizinə qədərini itirməklə o vəsaiti nağdlaşdırırlar. Hətta mən onların bəziləri ilə söhbət etmişəm, onlar böyük məmnuniyyətlə razıdırlar ki, əgər sahibkar 30 mindən artıq vəsaiti nağdlaşdırmaq istəyirsə, 4 faiz vergi ödəsin və büdcəyə əlavə vəsait daxil olsun. Həm də bunu leqallaşdırmaq, qanuniləşdirmək lazımdır. Yəni o vəsaitlər də kimlərinsə ciblərinə deyil, dövlət büdcəsinə getsin”.

Bunu da oxuyun

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Previous Post

Bu yolda yeni tunel tikilir

Next Post

Əhali tərəfindən bu il 1.8 mlrd. dollarlıq məhsul idxal edilib

Bənzər yazılar

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Next Post
Əhali tərəfindən bu il 1.8 mlrd. dollarlıq məhsul idxal edilib

Əhali tərəfindən bu il 1.8 mlrd. dollarlıq məhsul idxal edilib

Prezident 2025–2030-cu illər üçün narkotiklərə qarşı mübarizə proqramını təsdiqlədi

MİRAS yaradılıb - FƏRMAN

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Erkən nikah ailə məsələsi deyil”

“Erkən nikah ailə məsələsi deyil”

11 Sentyabr 2026 - 14:38
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

11 Sentyabr 2026 - 12:29
Milli Məclisin iclası başlayıb

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

11 Sentyabr 2026 - 12:18
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

11 Sentyabr 2026 - 12:11
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

11 Sentyabr 2026 - 12:04
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

11 Sentyabr 2026 - 11:55
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

11 Sentyabr 2026 - 11:46
Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

11 Sentyabr 2026 - 11:38
Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30
Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

11 Sentyabr 2026 - 11:27
Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

11 Sentyabr 2026 - 11:16
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08
Ağdərədə mina partlayışı baş verib

Ağdərədə mina partlayışı baş verib

11 Sentyabr 2026 - 10:59
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

11 Sentyabr 2026 - 10:50
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

11 Sentyabr 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.