Kaliforniyada uşaqların onlayn təhlükəsizliyini gücləndirməyə yönəlmiş qanunlar imzalanıb.
Elchi.az xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom (Gavin Newsom) uşaqların internetdə və süni intellektdən istifadə zamanı təhlükəsizliyini artırmaq, həmçinin 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdırmaq məqsədi daşıyan qanunvericiliyi imzalayıb.
Kaliforniya Qubernatorunun Ofisi uşaqların onlayn təhlükəsizliyini gücləndirməyə yönəlmiş qanunlarla bağlı yazılı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Nyusom ştat qanunverici orqanı tərəfindən hər iki partiyanın dəstəyi ilə təsdiqlənmiş internetlə bağlı qanunları imzalayıb.
16 yaşdan kiçiklər üçün əlavə müdafiə
Bəyanatda qanunların uşaqların internetdə və süni intellektdən istifadə zamanı təhlükəsizliyini artırmağı hədəflədiyi bildirilib; həmçinin qeyd olunub ki, sosial media platformalarına 16 yaşdan kiçik uşaqlara əlavə funksiyalar təklif etmək qadağan edilir.
Vurğulanıb ki, bu, ABŞ ştatının internet istifadəsi ilə bağlı belə ciddi qaydaları tətbiq etdiyi ilk haldır.
Bəyanatda fikirlərinə yer verilən qubernator Nyusom deyib:
“Uşaqlarımızın təhlükəsizliyi texnologiya ilə bağlı hər bir müzakirənin mərkəzində olmalıdır. İnnovasiyalar sürətləndikcə, bizim müdafiə tədbirlərimiz də buna uyğunlaşmalıdır. Bu gün qəbul edilən qanun açıq şəkildə göstərir ki, tənzimlənməyən texnologiya uşaqlarımızı təhlükə altına qoyduqda Kaliforniya kənarda dayanıb baxmayacaq. İnnovasiya məsuliyyət gətirir və uşaqlarımızın qorunması hər şeydən üstündür.”
Şayəstə





















