Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Fransanın tələbi ilə iki Fransa vətəndaşının İranda saxlanması ilə bağlı işi bağladığını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.
Xatırladaq ki, may ayında Fransa Cécile Kohler və Jacques Parisin saxlanması ilə bağlı Beynəlxalq Məhkəmədə Tehrana qarşı iddia qaldırıb.
Onlar 2022-ci ilin mayında İsrailə casusluq ittihamı ilə həbs ediliblər.
Yeganə





















