Fələstin prezidenti Mahmud Abbas Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair ilə görüşündə deyib ki, İsrailin Qəzza zolağındakı işğal olunmuş ərazilərdən çıxması “yeganə həll yolu”dur.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Abbas İordaniyanın paytaxtı Əmmandakı evində Bleyrlə Fələstin torpaqlarında baş verən son hadisələri müzakirə edib.
Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı Abbas bildirib ki, “təcili atəşkəs lazımdır, bütün İsrail və fələstinli məhbuslar azad edilməli, humanitar yardım təcili olaraq Qəzza zolağına çatdırılmalıdır”.
Abbas, “Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə Fələstin Dövlətinin bölgədəki bütün məsuliyyətləri öz üzərinə götürməsi təmin edilməlidir” dedi.
Abbas Həmasdan “silahlarını Fələstin Muxtariyyətinə təhvil verməsini” tələb edib və əlavə edib ki, “Fələstin Azadlıq Təşkilatı siyasi proqramına, beynəlxalq proqramına və beynəlxalq legitimliyinə uyğun olaraq siyasi fəaliyyətlə məşğul olmalıdır”.
Şayəstə Hüseynova


















