Apple, böyük maraqla gözlənilən smartfonun satışa çıxarılmasından cəmi bir neçə gün sonra, ekranında problem yaranan “iPhone Duo” cihazlarını dəyişdirəcək.
Elchi.az xəbər verir ki, sosial mediada paylaşılan fotolarda texnologiya nəhənginin ilk qatlana bilən cihazının ekranında xətlərin əmələ gəldiyi görünür.
Apple, bu telefonların az bir qismində daxili ekranla bağlı problemin olduğunu bildiyini açıqlayıb və zərər çəkmiş istifadəçiləri cihazın dəyişdirilməsi üçün şirkətlə əlaqə saxlamağa çağırıb.
Keçən həftə bütün dünyadakı Apple mağazalarına insan axınına səbəb olan “Duo”nun satışa çıxarılması, brendin məhsul çeşidini yeniləməyə və rəqiblərinin istehsal etdiyi qatlana bilən telefonlara qarşı rəqabət aparmağa çalışdığı bir dövrə təsadüf edir.
Bəzi “Duo” sahibləri ekranın mərkəzi qatlanma xətti boyunca çatların əmələ gəldiyini göstərən fotolar paylaşıblar; digərləri isə cihazı açarkən çatlama səsi eşitdiklərini bildiriblər.
“iPhone Duo” istifadəçisi Castin Lokos, ekranının sağ tərəfində xətlər yaranmış cihazın şəklini paylaşıb. Daha sonra Lokos, zədələnmiş cihazla yanaşı, əvəzinə verilən yeni cihazın fotosunu paylaşaraq, Nyu-Yorkdakı Apple mağazasına göstərdikləri köməyə görə təşəkkür edib.
Şayəstə




















