Elchi.az xəbər verir ki , ABŞ Qətərdəki vətəndaşlarına İranın Amerika bazalarına qarşı mümkün cavab hücumu ehtimalı səbəbi ilə olduqları yerləri tərk etməmələri barədə xəbərdarlıq edib.
“Ehtiyat tədbiri olaraq, Amerika vətəndaşlarına növbəti xəbərdarlıq edilənə qədər olduqları yerdə qalmaları tövsiyə olunur”, – ABŞ-ın Qətərdəki səfirliyi öz internet saytında yerləşdirilmiş təhlükəsizlik məsləhətində bildirib.
Qətərdəki Əl-Udeid aviabazası Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri kimi tanınır. ABŞ-ın belə bir tədbir görməsi regionda baş verən proseslər və artan gərginlik fonunda diqqət çəkib.
Nuranə Məmmədova


















