NATO-nun baş katibi Mark Rutte mətbuat konfransında bildirib ki, Avropa İttifaqı və Kanada hakimiyyəti 2025-ci ildə Ukraynaya ümumilikdə 35 milyard avro dəyərində silah tədarük edəcək.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İndi deyə bilərik ki, Avropa və Kanada müttəfiqləri artıq ilin sonuna qədər Ukraynaya 35 milyard avro yardım ayırmağı öhdələrinə götürüblər”, – Şimali Atlantika Alyansının nümayəndəsi bildirib.
O qeyd edib ki, əvvəlcə söhbət 20 milyard avro ətrafında gedirdi, lakin sonradan ölkələr fərqli konsensusa gəliblər.
İyunun 16-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya ilə Avropa ölkələri arasında münasibətlərin bərpası bu ölkələrdə Moskvaya qarşı düşmənçilik xəttini məhdudlaşdırmağa qadir olan liderlər peyda olduqda mümkün olacaq.
Onun sözlərinə görə, suveren bərabərlik, daxili işlərə qarışmamaq və bir-birinin maraqlarına əsaslanan bərabərhüquqlu əməkdaşlıq prinsipləri Rusiya ilə Avropa arasında qarşılıqlı fəaliyyətin əsasını təşkil etməlidir.
Nuranə Məmmədova


















