Antalyanın Alanya bölgəsində meşə sahəsində baş verən yanğında 10 hektar ərazi zərər görüb. Yanğın söndürülüb, soyutma işləri davam edir.
Elchi.az xəbər verir ki, Küvəzin Mahmutlar Məhəlləsi meşə massivində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə Alanya Meşə Əməliyyat Müdirliyinə bağlı qruplar bölgəyə göndərilib. 3 ədəd çiləyici və 60-a yaxın meşə idarəsi əməkdaşı ilə müdaxilə edilən yanğın söndürülüb.
Soyutma işlərinin davam etdiyi yanğında təxminən 10 hektar meşə sahəsi məhv olub.
Şayəstə