Yaxın illərdə Rusiyadan tədarükünü kəsdikdən sonra Avropada qazın qiyməti yüksək olaraq qalacaq.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə “Norwegian Equinor” şirkətinin rəhbəri Anders Opedal məlumat verib.
Bu il Avropanın ən böyük qaz tədarükçüsü kimi Rusiyanın “Qazprom”unu geridə qoyan şirkət enerji qiymətlərindəki artım sayəsində üçüncü rübdə rekord gəlir əldə edib.
A.Opedal bildirib: “Avropanın əsas problemi qaz çatışmazlığıdır və bu, davam edəcək və Avropa bu qazı özünə cəlb etmək istəsə, yaxın illərdə çox baha başa gələcək”.
Yeganə