Şotlandiyanın ilk müsəlman baş naziri Həmzə Yusifin istefasından sonra Con Svinni yeni baş nazir seçilib.
Con Svinni Şotlandiyanın yeni baş naziri oldu.
Elchi.az xəbər verir ki, Həmzə Yusif aprelin 29-da tutduğu vəzifədən istefa verdikdən sonra Şotlandiyanın yeni baş naziri açıqlanıb.
Ötən gün hakim müstəqillik tərəfdarı olan Şotlandiya Milli Partiyasının (SNP) lideri seçilən 60 yaşlı Con Svinni parlamentdəki səsvermə ilə ölkənin yeni baş naziri olub. Parlamentdəki səsvermədə Svinni 64 deputatın, ən yaxın rəqibi Duqlas Ross isə 31 deputatın dəstəyini qazanıb.
SNP-nin 129 yerlik Şotlandiya parlamentində azlıq hökumətinə rəhbərlik etdiyi üçün Svinni koalisiya yaratmaq və ya qanunu qəbul etmək üçün başqa bir partiyanın dəstəyinə ehtiyac duyacaq.
Həmzə Yusuf ötən bazar ertəsi Şotlandiya parlamentində etimad səsini itirmək ehtimalı qarşısında istefa verəcəyini açıqlayıb və onun kiçik koalisiya tərəfdaşları olan Şotlandiya Yaşıllar Partiyası ilə iqlim siyasəti ilə bağlı fikir ayrılığı yaranıb.
Şayəstə Hüseynova