"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?

21 Aprel 2017 - 11:03
in MARAQLI
FacebookVatsap

 

 

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Standartlara görə, hər bir üzgüçülük hovuzunda su günaşırı təzələnməli, hovuzun içi təmizlənməli, müxtəlif dərman vasitələri ilə dezinfeksiya edilməli, suyun sirkulyasiyası təmin edilməlidir.

Suyun dezinfeksiyası üçün adətən xlordan istifadə olunur. Tablet və ya su halında istifadə olunan xlorun səviyyəsi mütləq ölçülməlidir. Bundan başqa diğər dezinfektanlar da var ki, onlar da müxtəlif vəzifələri yerinə yetirirlər: hovuz suyunda yosun əleyhinə istifadə olunan, suyun codluğunu azaldan, çöküntü yaradan, bulanıqlığı aradan qaldıran, suyun şəffaflığını təmin edən kimyəvi maddələr var. Açıq havada olan hovuzlar qapalı hovuzlardan daha çox baxım istəyir.

Açıq havada olan hovuz suyunda günəş istiliyinin təsiri ilə yosun daha tez meydana gəlir və özü ilə bakteriyalar, göbələklər yaymağa başlayır ki, bu da insan sağlamlığı üçün daha təhlükəlidir. Əslində, yosuna yol açan səbəb hovuz suyuna əlavə olunan xlorun açıq havada buxarlanmasıdır. Xlorun səviyyəsi, təsiri azaldıqca bakteriya, mikrobların meydana gəlməsi tezləşir. Bu məqsədlə hovuza məsul olan şəxslər yosun əleyhinə xüsusi stabilizator maddələrdən istifadə edirlər. Bu maddə hovuz suyunda xlorun uçmasına mane olur. Yenidən suyun xlorlanmasına ehtiyac qalmır. Bu arada o da qeyd edilməlidir ki, inkişaf etmiş dünya ölkələrində hovuz suyunun dezinfeksiyasında xlordan daha az istifadə olunur. Xlor əvəzinə xüsusi, tərkibində gümüş olan təbii minerallar işlədilir. Sovet dövründə də kütləvi üzgüçülük hovuzlarının dibində 10 santimetrlik xüsusi gümüş lövhə olardı, çünki gümüşün çokdürmək, mikrobları məhv etmək qabiliyyəti var. Mütəxəssislər xlorun kanserogen olduğunu da bildirirlər. Xlor xərçəng, astma xəstəliklərinə yol aça bilər.

Qapalı üzgüçülük hovuzunda suyun hərarəti 26-28 dərəcə arasında olmalıdır. Bu standartdan kənara çıxdıqda insanların səhhətində ciddi dəyişikliklər ola bilər. Bundan başqa hovuzun kalsium sərtliyi də yoxlanılmalıdır. Bunun üçün xüsusi testlər aparılmalıdır.

Səhhəti ilə əlaqədar hovuz xidmətindən istifadə edən insanların şikayəti ilə tanış olanda, onlar ən çox xlordan narazılıq edirlər.

Hovuzlarda göz xəstəliklərinə yaxalanma riski çox böyükdür

Xüsusilə onlarla insanın eyni vaxtda daxil olduğu böyük hovuzlar əsl təhlükə mənbəyi hesab edilir.  Elchi.az xəbər verir ki, həkim konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, gözdə infeksiya yaranmaması üçün dəniz eynəyindən istifadə etmək və ən əsası hovuzdan çıxan kimi sabunlu su ilə yuyunmaq lazımdır: “Göz ən həssas orqanlarımızdan biridir. Hovuz suyu ən çox gözlərə təsir edir. Dezinfeksiya edilməmiş hovuz suyundan gözlərə bakteriya, virus və ya parazit yoluxa bilər. Belə hallarda ilk növbədə buynuzlu qişa zərər görür. Gözdə qızartı, yanma, göz qapaqlarında şişkinlik və gözün içərisində su toplanması kimi hallar müşahidə edilir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Həkim problemin hansı səbəblərdən qaynaqlandığını nəzərə alaraq uyğun müalicəyə başlamalıdır. Belə vəziyyətlərdə gözə gec müdaxilə etmək orqanın həmişəlik zədə almasına və gələcəkdə görmə problemlərinə gətirib çıxara bilər”.

Y.Abdiyeva bildirib ki, hovuzdakı təhlükə yalnız təmizlənməmiş su deyil. Dezinfeksiya üçün suya həddən artıq xlor vurulması da gözlərə zərər verə bilər. Hovuz suyunda xlorun səviyyəsi 0.3-0.6 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır: “Hovuza girənlər hər ehtimala qarşı dəniz eynəyindən istifadə etməlidirlər. Uzun müddət hovuzda qalanlar və linzalardan istifadə edənlər göz infeksiyalarına daha tez yoluxurlar. Hovuz suyundan keçən infeksiyalar yoluxucudur və buna görə də infeksiyaya yoluxmuş şəxslərlə təmas zamanı diqqətli olmaq lazımdır: xəstənin gözündən axan suya təmas etdikdə dərhal əlləri antibakterial sabunla yumaq lazımdır. Xəstənin üz dəsmalından başqaları istifadə etməməlidir. Dəsmal ayrı yuyulmalıdır. Göz damcısını gözə toxundurmadan istifadə etmək lazımdır”.

Y.Abdiyeva bildirib ki, hovuzda və ya dənizdə olan bakteriyalar virus göbələkləri və göz xəstəliklərinə səbəb olur: “Xəstələr gözlərinin qızarmasından, yaşarmasından və axıntıdan şikayət edirlər. Səhərlər göz qapaqları şiş və çirklə dolu olur. Gözdə yad cisim hissiyatı və işığa qarşı həssaslıq yarana bilər. Gözlərdə herpes, linza istifadəçilərində daha ağır göz problemləri, allergik göz xəstəlikləri və s. müşahidə edilə bilər. Gözdə quruluq, qaşınma, tor görmə, göz qapaqlarında şişkinlik, kirpiklərdə yapışqanlıq, işığa həssaslıq kimi əlamətlərlə özünü büruzə verən keratit, konyunktivit xəstəlikləri məhz hovuz suyu vasitəsilə insandan insana ötürülür”.

Elchi.az

Previous Post

10 ilin, 15 ilin, 20 ilin icra başçıları; kimlər karyerasını eyni vəzifədə davam etdirir – SİYAHI

Next Post

Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib

Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.