"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

500-dən çox əsgər öldürən alman snayper

10 Dekabr 2014 - 10:22
in MARAQLI
FacebookVatsap
Almaniyanın “Der Spiegel” jurnalı 75 il əvvəl, sovet-fin müharibəsində 500-dən çox Qırmızı Ordu əsgərini öldürən snayperin hekayətini yazıbpublika.az1418162954snayper

 

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Bir atəş — bir ölü əsgər… Fin Simo Hyayuhya  (Simo Häyhä) tarixin ən yaxşı snayperlərindən biri hesab olunur. 75 il əvvəl başlayan sovet-fin müharibəsinin gedişində o, 500-dən çox Qırmızı Ordu əsgərini güllələyib
Simo Hyayuhya işə hələ günəşin ilk şüalarının görünməsindən çox əvvəl hazırlaşırdı. Fin atıcı patronları bir-bir yoxlayır, bundan sonra səliqə ilə tüfəngin sandıqçasına yerləşdirirdi. Sandıqça dolanda Simo hər şeyi bir daha yoxlayırdı. Axı cəmi bir səhv onun sonunu gətirə bilərdi. Lakin hər şey planlaşdırıldığı kimi gedirdi. O, başqalarına ölüm gətirirdi.
Finlərin fikrincə, Simo qəhrəmandır. 1939-cu il, avqustun 24-də Hitlerlə Stalin arasında qarşılıqlı hücum etməmə haqqında müqavilə bağlananda və Almaniya ilə SSRİ müttəfiq olanda Finlandiya SSRİ-nin maraq sferasına daxil idi. 1939-cu il, noyabrın 30-da Qırmızı Ordu Finlandiyaya hücuma keçdi. Qış müharibəsi qısamüddətli və qanlı oldu.
Qoşunların sayına görə ümidsiz şəkildə geridə olan Finlandiya  sovet əsgərlərinin hücumunu dayandırmaq üçün Simo kimi əsgərlərə ümid edə bilərdi. Simo onlar üçün ağ ölüm idi. Demək olar ki, 100 gün ərzində — müharibənin gedişində o, heç bir snayperin öldürə bilmədiyi qədər əsgər öldürmüşdü.
Simo tək işləyirdi. O, gecələr sakitcə Finlandiyanın qarla örtülü əraziləri ilə hərəkət edirdi. Onun ağ qış gödəkcəsi, qalın əlcəkləri var idi. Özü ilə ancaq snayper tüfəngi, patronlar və bir qədər ərzaq daşıyardı.
1939-cu ilin sonlarında havanın hərarəti mənfi 40 dərəcəyə enmişdi, yerdə bir metr qalınlığında qar var idi. Simo Kareliyada, Kollasyoki çayının sahilində dan yeri ağarmamış özünə mövqe seçdi.
Silah öldürür, qorxu iflic edir
Snayper üçün iki məsələ mühümdür — yaxşı maskalanıb gizlənmək və atəş açmaq üçün sərbəst məkan. Və yalnız düşmənin nə vaxt görünəcəyini gözləmək lazımdır.
Kollasyoki çayının sahili boyu finlər Qırmızı Ordunun hücumunu dayandırmalı idi, əks halda əhalisi az olan ölkənin böyük ərazisi itiriləcəkdi. Finlandiya o vaxtlar ərazisinə görə indiki Almaniyadan bir qədər böyük idi, ancaq əhalisi cəmi 3,5 milyon nəfər idi.
Simo Hyayuhya gözləyirdi. Snayperin silahı yeganə hədəfə ölümcül atəş açmaq və obyekti gözəgörünməz atıcı qarşısında qorxuya salmaqdır. Həmin gün Simo ilk sovet əsgərini vurdu. O, bir dəfə atəş açdı. 105 gün davam edən müharibə ərzində isə 505 əsgər öldürdü. Simo elə indi də bütün dövrlərin ən mahir atıcısı kimi tanınır.
Təəccüblü deyil ki, tezliklə sovet əsgərləri arasında qorxu yarandı. Heç kim bilmirdi ki, növbəti güllə kimə dəyəcək. Döyüş meydanında savaşmaqdan fərqli olaraq əsgərlər onları hədəfə alanın kim olduğunu görmürdülər.
Snayperlər qəfil və dəqiq atırdılar, onların atəşi həmişə ölümcül olurdu. Tezliklə sovet əsgərləri bu gözəgörünməz snayper üçün ad fikirləşdilər — “ağ ölüm”.
Simo ağ geyimdə ideal maskalanır və praktiki olaraq görünmürdü. Sovet ordusunun sıralarından hər gün bir neçə əsgəri o dünyaya yola salırdı.
Vəhşi heyvan və insan ovçusu
Simo Hyayuhya 1905-ci il, dekabrın 17-də kəndli ailəsində anadan olub. Müharibəyə qədər o, əkin-səpinlə məşğul idi. Lakin müharibə başlayanda cəbhəyə getməyi təsadüfi deyildi. Hyayuhya mahir ovçu, həmçinin fin milli qvardiyasının üzvü idi və müharibəyə qədər snayper atıcılığı üzrə bir sıra mükafatlar qazanmışdı. Və indi onun rəisləri hər dəfə vəziyyət təhlükəli və mürəkkəb olanda Hyayuhyanı çağırırdılar.
Sovet snayperi müharibənin əvvəllərində birdən-birə yüksək rütbəli üç fin zabitini vuranda Hyayuhyanın komandiri əmr etdi: “Bu adamı məhv et”.
Hyayuhya “mümkün olanı edəcəyəm” dedi.
Həmin gün o, fin cəbhəsindən aralıda özünə mövqe seçib gizləndi. Düşmən snayperini izləməyə başladı, o da Hyayuhyanı izləyirdi. Hyayuhya saatlarla səbrlə gözlədi, axşam düşürdü, hava yavaş-yavaş qaralırdı, gün batmaq üzrə idi.
Və birdən Hyayuhya uzaqda günəş şüasında nəyinsə parıldadığını gördü. Bu, düşmən snayperinin optik nişangahı idi. Hyayuhya nişan aldı və düz onun sifətindən vurdu. Sovet əsgəri yerindəcə öldü, çünki səhvə yol vermişdi və Hyayuhya bu səhvdən dərhal istifadə etdi.
Hyayuhya heç vaxt optik nişangahdan istifadə etmirdi, o, həmişə açıq nişangahdan atəş açırdı.
Onun uğur qazanmasında daha iki fəndin rolu var idi. Hyayuhya həmişə yerləşdiyi mövqedə qarı tapdalayırdı ki, atəş açandan sonra qar tozanağı yaranmasın. 
Həmçinin o, şaxtalı havada nəfəs alanda ağzından buxar çıxmaması üçün ağzına qar doldururdu. Ona görə də düşmən Hyayuhyanın harada gizləndiyini ancaq ehtimal edə bilərdi.
Getdikcə daha çox sovet əsgəri onun qurbanlarına çevrilirdi. Bir dəfə gün ərzində o, 25 sovet əsgərini güllələdi. Qırmızı Ordunun zabitləri fin atıcıya qarşı snayperlərin sayını artırırdı. Və hər dəfə Hyayuhya atanda onun mövqeyini bütün mümkün silahlardan — pulemyotlardan, artilleriyadan, minomyotlardan atəşə tuturdular.
Ancaq hədər yerə. Simo hər dəfə ölümdən kiçik yara belə almadan qaça bilirdi.
“Bir dəfə onlar mənim gizləndiyim mövqeyə 50-dən çox qumbara atdılar, ancaq heç biri hədəfə dəymədi” — Hyayuhya sonradan xatırlayırdı.
Nəhayət, son — Simo çənəsindən yaralanır
105 günlük sovet-fin müharibəsinin 98 günü ərzində Hyayuhyanın bəxti ağlasığmaz dərəcədə gətirmişdi. Ancaq 1940-cı il, martın 6-da onun da sonu çatdı. Meşədə gedən amansız döyüşdə o, başından yaralandı.
“Mən ancaq küt səs eşidə bildim, dərhal başa düşdüm ki, məni vurdular” — o, yazırdı.
Hyayuhya çənəsindən yaralanmışdı və dişləri tökülmüşdü. O, komaya düşdü və ancaq martın 13-də özünə gəldi. Həmin gün SSRİ ilə Finlandiya artıq sülh müqaviləsi imzalayırdı.
Nisbətən kiçik Finlandiya nəhəng SSRİ-yə qarşı dayanmışdı — ancaq ərazisinin 7 faizini itirməli oldu. Sonradan finlər Hitler Almaniyasının köməyi ilə daha da qanlı yeni müharibədə həmin əraziləri qaytarmağa çalışdılar. Yeni və qanlı müharibədə Finlandiya II dünya müharibəsinin ən qanlı cəbhələrindən birinə çevrilmişdi.
Qurbanların sayına dair rəqəmlər fərqlidir. Finlandiya hələ qış müharibəsində 26 min əsgər itirmişdi. İki müharibənin yekununda isə itkiləri 84 mindən çox olmuşdu. Qırmızı Ordunun itkiləri isə xeyli çox idi. İki müharibə ərzində sovet-fin cəbhəsində 320 min sovet əsgəri həlak olmuşdu. Bəzi məlumatlara görə, bu rəqəm 450 min nəfər təşkil edirdi. Stalin statistik məlumatları azaldırdı.
Rəsm məlumatlara görə, Hyayuhya 505 sovet əsgərini güllələyib. Daha 37 hərbçinin öldürüldüyünü isə rəsmən təsdiqləmək mümkün olmayıb.
“Mənə nə əmr edirdilərsə, onu edirdim, çalışırdım ki, bacardığım qədər yaxşı atım” – Hyayuhya sonralar deyirdi.
O, 2002-ci ildə ölüb.(virtualorg.az)
Previous Post

500-dən çox əsgər öldürən alman snayper

Next Post

Neft yenə ucuzlaşdı

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Neft yenə ucuzlaşdı

Neft yenə ucuzlaşdı

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.