Peskov Kremlin Ukrayna Silahlı Qüvvələrinin Belarusa raket atması ilə bağlı narahatlığından danışıb.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukrayna raketinin Belarusda düşməsi son dərəcə narahatlıq doğurur, Rusiya və Belarus hərbçiləri daimi təmasdadırlar.
“Bu, təkcə bizim deyil, belaruslu tərəfdaşlarımız üçün də həddindən artıq narahatlığa səbəb olan hadisədir”, – Dmitri Peskov bildirib.
O vurğulayıb ki, Rusiya və Belarus hərbçiləri “daim təmasdadır” və “daim koordinasiya olunur”.
Peskov qeyd edib ki, belə “qarşılıqlı dialoqun mümkün olan ən yüksək səviyyəsi” və onun konfidensial xarakteri ölkələrə sürətlə məlumat mübadiləsi aparmağa kömək edir.
O, aydınlaşdırıb ki, “…Belarus tərəfindən bununla bağlı bir sıra addımlar atılıb, Ukrayna tərəfinə müəyyən demarş edilib. Amma yenə də bu, narahatlıq doğuran hadisədir”.
Yeganə