ABŞ administrasiyasının “Starlink” peyk rabitəsinin ödənişsiz təmin edilməsi barədə bəyanatlarına baxmayaraq, Ağ Evə bu xidmətin qoşulması dövlət büdcəsinə 1,2 milyon dollardan çox başa gəlib.
Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri hökumət sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərə əsasən, 2025-ci ilin martından 2026-cı ilin iyununa qədər bağlanmış dörd müqavilə çərçivəsində hökumət “SpaceX” şirkətinə xidmətlərə görə təxminən 1,2 milyon dollar ödənilməsinə razılıq verib. Avadanlıqların quraşdırılması və xidmətlərin göstərilməsi ABŞ Prezidenti və Vitse-prezidentinin təhlükəsiz rabitəsini təmin edən Ağ Evin Hərbi Rabitə Agentliyi (WHCA) vasitəsilə həyata keçirilib.
Məryəm





















