2023-2027-ci illərdə dünyada rekord hava temperaturu müşahidə oluna bilər

139

Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Meteorologiya Təşkilatı 2023-2027-ci illərdə dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ümumdünya MeterologiyaTəşkilatının hesabatında istixana qazları emissiyalarının və El Nino hava hadisəsinin havanın temperaturunu daha da artırdığı bildirilib. Hesabatda 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı və 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.
Yüzdə 66 ehtimalla illik orta səthə yaxın hava istiliyinin sənaye inqilabından əvvəl ən azı 1,5 dərəcə yüksək olacağı qeyd edilən hesabatda qlobal hava istiliyinin 2027-ci ilə qədər rekord səviyyələrə çata biləcəyi xəbərdarlığı edilib.
Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə biləcəyi qeyd edilib və yağışların regional miqyasda artıb azala biləcəyi qeyd edilib.
Hesabatda bildirilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.
Hesabatda ifadələri yer alan Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.
Taalas bu nəticələrə hazır olmaq barədə xəbərdarlıq etdi.

Nuranə Məmmədova