İspaniya polisi Seuta şəhərində başqalarına aid şəxsiyyət vəsaitləri ilə ölkənin materik hissəsinə keçməyə cəhd edən 40 nəfəri saxlayıb.
Elchi.az xəbər verir ki, saxlanılan şəxslər özgə sənədlərindən istifadə etmək üçün 6 min avroyadək pul ödəyiblər. Həmçinin öz şəxsiyyət vəsaitlərini qanunsuz istifadə üçün təqdim etməkdə şübhəli bilinən daha beş nəfər saxlanılıb.
Polisin məlumatına görə, eyni şəxsiyyət vəsaitindən müxtəlif şəxslər tərəfindən dəfələrlə istifadə olunub. Hüquq-mühafizə orqanları ehtimal edir ki, bu əməllərin arxasında qanunsuz miqrasiyaya şərait yaradan mütəşəkkil cinayətkar şəbəkələr dayanır.
Məryəm





















