14 yaşlı qıza cinayət işi açıldı

31

ABŞ-ın Texas ştatında 11 yaşlı oğlanı silahla vuraraq öldürən 14 yaşlı qıza qarşı cinayət işi açılıb.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, polisə bazar günü saat 14:00 radələrində Dallasın cənubundakı yaşayış kompleksində atışma barədə məlumat daxil olub.

Kompleksin dayanacağında iki qız arasında dava olduğu müəyyən edilib.

Polisin verdiyi açıqlamaya görə, 14 yaşlı qız uşağı tapançanı götürərək mübahisə etdiyi qıza atəş açmaq istəsə də, güllə hadisə yerində olan 11 yaşlı oğlana dəyib.

Polis 11 yaşlı uşağın xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Polis şübhəlinin əvvəlcə hadisə yerindən qaçdığını, lakin daha sonra saxlanıldığını və Henri Veyd Yuvenal Ədalət Mərkəzinə aparıldığı qeyd edib.

Yeganə