“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin son dövrlər korrupsiya və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb: “Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.
Birbaşa sülh danışıqları Cənubi Qafqazda… – Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi...