"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Səfir müsahibəsində Azərbaycanın ərazi bütövlüyünə önəm verdi – MÜSAHİBƏ – FOTOSESSİYA

27 Noyabr 2014 - 12:49
in SİYASƏT
FacebookVatsap
İsmayıl Alper Coşkun: “Kipr problemi kimi, Dağlıq Qarabağ münaqişəsi də bizim üçün milli məsələdir”9a3338072071d9f1eaf893afc4eef2b6 (1)

 

Bunu da oxuyun

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun APA-ya müsahibəsi

 

– Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərində son durum necədir və nə kimi perspektivlər var?

 

– Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlər çox yüksəkdir. Amma bu münasibətlərin mahiyyətini anlamaq üçün deyim ki, burda ortaq bir mirasdan söz edilməlidir. Təbii ki, bu mirasa sahib çıxmaq məsələsi də var və biz bu məsələdə şanslıyıq. Bir az yaxın keçmişə baxanda Qafqaz İslam Ordusunun sıralarında bura gələn və Azərbaycanın müxtəlif bölgələrindəki məzarlıqlarda uyuyan şəhid qardaşlarımızın bizə qoyduğu mirasdan danışırıq, ulu öndər Mustafa Kamal Atatürkün “sevincdə də, kədərdə də birlikdə olacağıq” sözlərini yada salırıq. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə xalqlarımız haqqında “bir ananın iki övladı” demişdi, bu fikir özünü hər zaman və hər sahədə göstərir, təsdiq edir. Mərhum prezident Heydər Əliyev də “bir millət, iki dövlət” deməklə bərabər, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsi üçün böyük töhfələr verdi. Azərbaycan prezidenti burdakı seçkilərdən sonra ilk xarici səfərini Türkiyəyə həyata keçirmişdi. Bizim prezident ilə baş nazirimiz də ilk xarici səfərlərini Azərbaycana etdilər. Bütün bu faktlar siyasi əməkdaşlığın mükəmməl səviyyədə olduğunu göstərir. Eyni zamanda, bəhs etdiyim, qədim tarixi köklərə malik mirasa müasir dövrümüzdə dövlət başçılarımızın necə sahib çıxdığını təsdiq edir. Beləcə, keçmişdən gələn ümumi taleyimiz bugünkü siyasi iradə ilə gələcəyə daşınır. Siyasi səviyyədə dostluğun möhkəm olması da iqtisadi, mədəni və hər səviyyədə böyük imkanlar yaradır. Bizim səfirliyimiz ard-arda xeyli səfərlərin təşkilatçılığı ilə məşğul olur. Məsələn, Bakıda Türkiyə Mədəniyyət Günləri keçirildi, bizim mədəniyyət nazirimiz cənab Ömer Çelik Bakıda səfərdə oldu, cənab Əbülfəz Qarayev ilə görüşdü. Bu yaxınlarda təhsil nazirimiz Nabi Avcının da Bakıya səfəri gözlənilir.

 

İqtisadi sahədə əməkdaşlığımız enerji sektoru ilə bərabər digər sahələrdə də çox yaxşı səviyyədə inkişaf edir. Qarşılıqlı investisiyalar sürətlə artır. “Şahdəniz-2” yatağında BP-dən sonra ikinci ən böyük investor “Türkiye Petrolleri”dir. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasından sonra Türkiyənin Azərbaycana yatırımları 8 milyard dolları keçib. Bu, bizim “Şahdəniz-2”yə, TANAP-a və ümumiyyətlə, Azərbaycanın düşündüyü layihələrə etimadımızın təzahürüdür.

 

Azərbaycanın da Türkiyədəki investisiyaları artır. “Star” neft emalı zavoduna “SOCAR”ın investisiya yatırdığı məlumdur. Ticarət dövriyyəmiz hazırda 5 milyard dollara yaxındır, lakin 2020-ci ilə kimi bu rəqəmi 15 milyard dollara çatdırmaq barədə planlarımız var. Azərbaycan və Türkiyə arasındakı siyasi-iqtisadi əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir və biz bu layihələrdən hər iki ölkənin qazanclı çıxmasına önəm veririk.

 

Prezidentlərimizin qarşımızda qoyduğu əsas vəzifə kimi, hər iki ölkədə qarşılıqlı investisiyalar üçün uyğun şərtlər hazırlamağa çalışırıq, eyni zamanda Azərbaycanla tərcihli ticarət sazişi üzərində işləyirik. Bununla da iki ölkə arasındakı ticarət əlaqələri müəyyən sahələrdə daha da inkişaf edəcək.

 

– Türkiyə bölgə ilə bağlı siyasətində enerji və təhlükəsizlik məsələlərindən başqa, daha hansı sahələrə üstünlük vermək niyyətindədir?

 

– Türkiyənin bölgə ilə bağlı siyasətində ilk yeri Azərbaycanın ərazi bütövlüyü məsələsi tutur. Beynəlxalq hüququn bu başlıca prinsipini, həm digər dövlətlərlə əlaqələrimizdə, həm də Gürcüstan, Ukrayna, İraq və Suriya kimi yaxınlığımızdakı ölkələrdə yaşanan son proseslər çərçivəsində hər zaman ön planda tuturuq. Türkiyə bölgədə Azərbaycanın maraqlarına zərər verəcək hər hansı təhdidə qarşıdır. Gürcüstan da yaxın tərəfdaşımızdır və birgə layihələrdə hər üç ölkənin maraqlarının təmin olunması bizim üçün əhəmiyyət daşıyır. Türkiyə öz inkişafını, sabitliyini davam etdirməyə, Azərbaycan və Gürcüstanla birlikdə həyata keçirdiyi layihələr vasitəsilə dünyaya sağlam tərəfdaşlıq nümunəsi göstərməyə çalışır. Qonşumuz İran da Türkiyə üçün çox əhəmiyyətli bir ölkədir. Bu səbəblə, Türkiyənin nüvə məsələsinin sülh yolu ilə həll edilməsinə keçmişdə birbaşa töhfəsi olmuş və bu gün də bu istiqamətdəki təşəbbüsləri dəstəkləməkdədir. Bu problemin dəf edilməsi ilə birlikdə, bölgədə İranın da daxil olduğu və Azərbaycanla birlikdə Türkiyənin də töhfə verə biləcəyi önəmli potensialı daha güclü şəkildə hərəkətə keçirmək mümkün ola biləcək.

 

Suriyaya gəldikdə isə, Türkiyənin mövqeyi başdan bəri məlumdur. Biz yalnız öz ölkəmizdə deyil, qonşu ölkələrdə də sülh və sabitliyin olmasının tərəfdarıyıq. Suriyanın keçmişdə PKK-ya dəstək göstərməsinə baxmayaraq, biz bu dövlətlə münasibətləri yaxşı saxlamağa, inkişaf etdirməyə çalışdıq. Bu istiqamətdə də irəliləyiş əldə etdik. Lakin sonra Suriya rəhbərliyi öz vətəndaşlarına raketlər atmaya başlayınca, Əsəd rejiminin narazılıqları zorla yatırmağa çalışması ilə Ankaranın da mövqeyi dəyişdi. Biz öz xalqına zülm edən belə bir rejimi dəstəkləyə bilməzdik. Türkiyədə hal-hazırda 1,6 milyondan çox suriyalı qaçqına qapılarını açıb. İstərdik ki, İraqda və Suriyada sabitlik bərqərar olunsun, vətəndaş müharibələri sona çatsın və bölgənin sabit inkişafında biz də önəmli rollardan birini oynayaq. Suriyada iqtidarın öz xalqına ən ağır silahlarla hücum etməsi qarşısında səssiz qalmamız təbii ki, mümkün deyildi. Ümidimiz Suriyada xalqın tamamını qucaqlayan və iradəsini əks etdirən hökumətin ölkəyə hakim olmasıdır. Yaşadığımız geniş bir bölgənin necə böyük potensiala və perspektivlərə malik olduğunu anlamalı, xalqlarımızın gələcəyi naminə addımlar atmalıyıq.

 

– Bölgə ilə bağlı siyasətinizdən və Azərbaycan maraqlarından söz açdınız. Türkiyədəki bir sıra qüvvələr “erməni soyqırımı”nın 100-cü ildönümü ərəfəsində sərhədlərin açılması məsələsini gündəmə gətirirlər. O cümlədən, vaxtilə Azərbaycanda səfir olmuş Ünal Çeviköz deyib ki, Türkiyə öz sərhədlərini tədricən açmaqla qonşularını yeni danışıqlara həvəsləndirə bilər. Bu, nə dərəcədə mümkün və münasib variantdır?

 

– Əvvəla xahiş edirəm, “soyqırım” ifadəsi işlədərkən, siz jurnalistlər də diqqətli olasınız. Erməni lobbisi düşünülmüş şəkildə təbliğat aparır ki, “erməni” və “soyqırım” ifadəsi daha çox bir yerdə işlədilsin və beyinlərdə müvafiq assosiasiya yaratsın. Burda “soyqırım”dan yox, iddialardan söhbət gedə bilər. O vaxtkı Osmanlı dövlətinin milli və dini azlıqlardan olan təbəələrinə qarşı necə dözümlü yanaşdığı barədə xeyli faktlar var. Arxivlərimizi də hər zaman açmağa və təhlil aparılması üçün şərait yaratmağa hazırıq. 1915-ci ildə Türkiyə bir çox cəbhədə vuruşurdu, xüsusən də, Çanaqqala cəbhəsinə yüz minlərlə əsgərimiz səfərbər olunmuşdu. O zamankı şəraiti təsəvvür edəndə, bu qədər gərginliyin və problemlərin içində qəfil bir qərar ilə erməniləri qətliama məruz qoymağımız barədə iddialar həqiqəti əks etdirmir. Osmanlı dövlətinin millət sistemi içində yüz illər boyunca rahat yaşamış, iqtisadi, siyasi və mədəni sahələrdə ən etibarlı səviyyəyə çata bilmiş erməniləri Osmanlı iqtidarı o ən çətin dövründə niyə məhv etməyə qərar versin? Ermənilər özlərinə bu sualı verməlidirlər. O dövrdə siyasi ambisiyalara və imperialist güclərin əməllərinə qapılıb-qapılmadıqlarını düşünməlidirlər. Qısacası, dövrün bütün həqiqətlərini və dinamikasını nəzərdən keçirməli, tək tərəfli əzbərçilikdən uzaqlaşmağa hazır və bunu edə biləcək cəsarətə malik olmalıdırlar.

 

Azərbaycan xalqının sərhədlər məsələdəki narahatlığını anlayıram, amma demək istərdim ki, narahatlığa heç bir əsas yoxdur. Prezidentimiz də, baş nazirimiz də Azərbaycana son səfərlərində bunu bir daha vurğulayıblar. Mənim təkrar etməyimə ehtiyac yoxdur. Lakin biz Azərbaycan xalqından da güvənini qorumağı gözləyirik. Kiminsə nəsə deməsindən asılı olmayaraq, Türkiyənin dövlət siyasətinin konturları bəllidir. Sərhədlərin açılması və Azərbaycanın ərazi bütövlüyü məsələsində rəsmi Ankara öz mövqeyini ifadə edib.

 

Ünal bəyin fikrincə gəlincə, o, şəxsən tanıdığım, hörmət duyduğum, Azərbaycanı sevdiyini bildiyim və müvəffəqiyyətli olduğunu hesab etdiyim peşəmizin mötəbər şəxsiyyətlərindən biridir. Lakin artıq təqaüdə çıxıb və sözləri rəsmi mövqeyimizi əks etdirmir. Beləcə, sizdən və azərbaycanlı qardaşlarımızdan xahişim, rəsmi bəyanatlara və dövlətimizin ən yüksək səviyyədə irəli sürdüyü mövqeyimizə inanmaları, spekulyativ həyəcanlara qapılmamalarıdır.

 

– Ermənistan hakimiyyəti və mediası bu iddialarla bağlı geniş bir kampaniya həyata keçirir. Bir çox diplomatların bu mövzuda fikirlərini öyrənməyə, informasiya müharibəsində yararlanmağa çalışırlar. Bu yaxınlarda Almaniyanın Ermənistandakı səfiri Rayner Morel “Türkiyə Ermənistandan üzr istəməlidir” dedi. Sizin həm bu məsələyə münasibətinizi, həm də avropalı diplomatların və beynəlxalq ictimaiyyətin nəzərdən qaçırdığı məqamlar barədə fikrinizi bilmək istərdik.

 

– Mən erməni iddiaları ilə bağlı fikrimi bildirdim. Türkiyənin mövqeyini də açıqladım. Ermənistan hakimiyyəti və erməni diasporu anti-türk təbliğat aparmaq əvəzinə, tarixi həqiqətləri gərçək mənada obyektiv və ədalətli yaddaşa əsaslanaraq araşdırmağa, bu anlayışla da dialoqa maraq göstərsəydi, bu məsələ öz həllini tezliklə tapardı, iki ölkə arasındakı münasibətlərə də aydınlıq gətirilərdi. Ermənistanın bölgədə yeritdiyi siyasət düzgün deyil, qonşulara qarşı iddialar və ittihamlar irəli sürməklə dövlətin, xalqın gələcəyini təmin etmək olmaz. Alman diplomatın ifadələri haqqında bunu söyləyə bilərəm: öncəliklə, hər hansı bir tövsiyəsinə ehtiyacımız yoxdur. O ki qaldı Almaniyanın İrəvandakı səfirinə, buna ixtiyarı olmadığı halda Türkiyəyə tövsiyə etməkdənsə, vəzifəsini icra etdiyi ölkəyə, yəni Ermənistan iqtidarına işğal etdiyi torpaqlardan çəkilmə çağırışı etsəydi, məncə daha faydalı bir iş görmüş olardı. “Türkiyə üzr istəməlidir” kimi tələblər və Avropa Birliyində də bu məsələni qabartmaq cəhdləri əsassızdır, heç bir perspektivə malik deyil.

 

– Erməni əsilli Türkiyə vətəndaşı Etyen Mahçupyanın baş nazirin baş müşaviri təyin olunması Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz?

 

– Etyen Mahçupyan baş nazirin müşaviridir, hər Türkiyə vətəndaşı kimi, qanunlar tərəfindən tanınan hər cür hüquqlara və öhdəliklərə malikdir. Bir az əvvəl də söylədiyimi kimi, Azərbaycan ictimaiyyətinin ölkəmizin rəsmi bəyanat və rəftarlarına diqqət etməsinin zəruri olduğunu xatırlatmaq istəyirəm. Cənab baş nazirimizin rəftarı aydındır və yaxşı bilinir. Özünə seçdiyi məsləhətçinin bu rəftarı dəyişdirəcəyini düşünmək yersizdir. Ona görə də, azərbaycanlı qardaşlarımızın bu mövzuda narahatlığına bir səbəb görmürəm.

 

– Dağlıq Qarabağ cəbhəsində baş verənlərdən yəqin ki, xəbəriniz var. Helikopter hadisəsi gərginliyin daha da yüksəlməsinə səbəb olub. Azərbaycan tərəfi həmsədrlərin, eləcə də beynəlxalq ictimaiyyətin və böyük dövlətlərin münaqişənin nizamlanmasındakı mövqeyindən razı deyil və vaxtaşırı tənqidlər səsləndirilir. Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasının gedişindən razıdırmı?

 

– Cəbhədə baş verənləri izləyirik. Ümumiyyətlə, onu bilmənizi istərdim ki, Türkiyənin diplomatik xidmətlərində çalışan hər bir şəxsin yaxından izlədiyi əsas məsələlərdən biri Azərbaycandır. Kipr problemi kimi, Dağlıq Qarabağ münaqişəsi də bizim üçün milli məsələdir. Dağlıq Qarabağ münaqişəni “donmuş” adlandırmaq olmaz. Nizamlanma prosesi getdikcə uzanır və bu, heç də Türkiyəni razı salmır. Lakin cənab prezident Rəcəb Tayyib Ərdoğan da bəyan edib ki, Türkiyə münaqişənin dinc yolla, amma Azərbaycanın ərazi bütövlüyünə hörmət prinsipi əsasında həll edilməsini istəyir. Azərbaycan kimi biz də bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyirik. Azərbaycana qarşı hər hansı ittiham səsləndirənlər, güzəşt tələb edənlər torpaqları işğal olunan tərəfin məhz Azərbaycan olduğunu unutmamalıdır. Həmsədrlər gərginlikdən narahatdır, lakin gərginliyin artmasına gətirib çıxaran səbəblər də var. İlk növbədə bu səbəblərə baxmaq lazımdır.

 

– Baş nazir Əhməd Davudoğlu bu günlərdə “Yeni Türkiyə” strategiyası ilə bağlı danışarkən TANAP layihəsinə xüsusilə toxundu. Bu layihə Avropa və Balkanlar üçün bu qədər əhəmiyyət kəsb edərkən ölkənizin Avropa Birliyinə üzvlüyü məsələsində bir irəliləyişə ümid etmək olarmı?

 

– Türkiyə siyasi, iqtisadi və mədəni baxımdan Avropada başlıca faktorlardan biridir. Tarix boyunca da belə olub. Belə ki, Avropanın keçmişini Türkiyə olmadan yaza bilməzsiniz. Bu qitənin gələcəyini də Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Bu gün NATO kimi, Avropa Şurası kimi, müasir Avropanın ən önəmli qurumlarının əksəriyyətinə üzvük. Bəzilərinin yaradılmasında da iştirak etmişik. Avropa İttifaqı ilə də, Gömrük Birliyi başda olmaqla, bir çox sahədə dərin əməkdaşlığımız mövcuddur. Namizədlik müddətimizin tam üzvlüklə nəticələnməsi hədəfimiz olaraq qalmağa davam edir. Belə ki, bu hədəf son hökumət proqramında da qeyd olunub.

 

TANAP şübhəsiz böyük bir layihədir. Azərbaycanın geniş enerji ehtiyatları var və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bundan əvvəl Bakı-Tiflis-Ceyhan neft kəməri bölgənin siyasi-iqtisadi həyatına böyük təsir göstərən bir layihə oldu. TANAP qaz kəməriylə Azərbaycan və Türkiyənin bu sahədəki töhfəsi daha da artacaq.

 

– Bir müddət əvvəl Türkiyə İŞİD-ə dəstək verməkdə ittiham olunurdu, lakin indi İŞİD-ə qarşı mübarizədə Türkiyənin rolu qabardılır. Bu məsələ ilə bağlı fikirlərinizi və rəsmi Ankaranın mövqeyini bölüşərdiniz.

 

– Türkiyə tarix boyu bir çox əsassız ittihamlarla üz-üzə qalıb. Suriyada baş verənlərdə də Türkiyənin üzərinə günah yıxmaq cəhdləri aydın görünür. Türkiyənin Suriya məsələsindəki mövqeyi barədə az əvvəl danışdım. Biz tamamilə sərhədlərimizi açmışıq, 1,6 milyon suriyalıya ölkəmizdə sığınacaq vermişik. Bütün Kobani əhalisi hazırda Türkiyədədir. 220 min suriyalı qaçqın üçün düşərgələrdə şərait yaratmışıq ki, buna da 4,5 milyard dollar vəsait xərcləmişik. Bütün bunlardan sonra Türkiyəni nədəsə ittiham etmək əsassızdır. Türkiyə həmişə terrorla mübarizədə qabaqcıl yer tutub. Əgər Suriyaya gedən döyüşçülər normal qaydada, sənəd göstərməklə Türkiyədən keçibsə, biz onlara necə mane ola bilərdik? Sizə əminliklə deyə bilərəm ki, bizə xarici dövlətlər tərəfindən hər hansı müraciət olunduqda, hər hansı ad verildikdə, dərhal tədbir görürük. Görünür ki, hansısa tərəf öz fəaliyyətsizliyinin günahını Türkiyədə axtarmağa çalışır.

 

– Azərbaycanla yüksək səviyyəli hərbi dialoq çərçivəsində növbəti görüşün tarixini və prioritet məsələləri bilmək istərdik.

 

– Son zamanlar müdafiə sahəsində dövlətlərimiz arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb. Türkiyə və Azərbaycanın yüksək rütbəli hərbçilərinin qarşılıqlı səfərləri artıb, bizim müdafiə nazirimiz bir dəfə Naxçıvana olmaqla, bu il Azərbaycana 3 dəfə səfər edib. Azərbaycan öz ordusunu davamlı gücləndirmək, NATO standartlarına yiyələnmək istəyir. Bu istiqamətdə Türkiyə də əlindən gələn köməyi göstərməyə hazırdır. Dekabrın ortalarında Azərbaycanla yüksək səviyyəli hərbi dialoqun növbəti toplantısı olacaq. Bu tədbir çərçivəsində önəmli məsələlərin müzakirəsi gözlənilir.

 

Previous Post

Səfir müsahibəsində Azərbaycanın ərazi bütövlüyünə önəm verdi – MÜSAHİBƏ – FOTOSESSİYA

Next Post

Azərbaycan XİN Avropa İttifaqını tənqid etdi

Bənzər yazılar

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

21 Avqust 2026 - 16:31

Azərbaycan–Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı...

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

21 Avqust 2026 - 16:10

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” təsdiqlənib. Elchi.az xəbər verir ki,...

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

21 Avqust 2026 - 13:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Elchi.az Azərtac-a istinadən müsahibəni təqdim edir: -Hörmətli cənab...

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

21 Avqust 2026 - 12:17

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilib. Elchi.az xəbər...

Next Post

Azərbaycan XİN Avropa İttifaqını tənqid etdi

Azərbaycan XİN Avropa İttifaqını tənqid etdi

Son xəbərlər

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 Avqust 2026 - 19:18
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

21 Avqust 2026 - 19:07
MİQ üzrə müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 18:55
Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43
Xocavənd rayonunda mina partlayışı baş verib

Xocavənd rayonunda mina partlayışı baş verib

21 Avqust 2026 - 18:37
Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub

Bu ay on bir mindən çox uşağa 16 minə yaxın peyvənd vurulub

21 Avqust 2026 - 18:26
İranda dollarla hesablaşmalar “köhnəlmiş” adlandırılıb

İranda dollarla hesablaşmalar “köhnəlmiş” adlandırılıb

21 Avqust 2026 - 18:14
ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

ÇL: “Sabah”ın oyununa satılan biletlərin sayı

21 Avqust 2026 - 17:58
Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

21 Avqust 2026 - 17:45
Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

Yaponiyada 5,5 bal gücündə zəlzələ olub

21 Avqust 2026 - 17:36
Tesla Çində təxminən 6 milyon avtomobili geri çağıracaq

Tesla Çində təxminən 6 milyon avtomobili geri çağıracaq

21 Avqust 2026 - 17:28
Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

21 Avqust 2026 - 17:15
Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

Pezeşkiyan: “Yaxın Şərqdə müharibəni bu gün bitirmək ən yaxşısıdır”

21 Avqust 2026 - 17:06
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

21 Avqust 2026 - 16:56
Reuters: Venesuela limanlarında tankerlər 30 günə qədər növbə gözləyir

Reuters: Venesuela limanlarında tankerlər 30 günə qədər növbə gözləyir

21 Avqust 2026 - 16:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.