Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yay birinciliyinə start verilib.
Bu barədə Elchi.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakı Dövlət Cıdır Meydanında keçirilən yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. İki gün davam edəcək müsabiqədə 10-15 və 15-21 yaş kateqoriyaları üzrə məktəblilərlə yanaşı, atçılıq klublarının idmançıları da mübarizə aparırlar.





















