Dövlətlər arasında ABŞ valyutası ilə hesablaşmalar malların və xidmətlərin ödənilməsi üçün köhnəlmiş üsuldur.
Elchi.az xəbər verir ki, bu barədə Bağdadda keçirilən iqtisadi forumda İran Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalıbaf bəyan edib.
O qeyd edib ki, Birləşmiş Ştatların qlobal hegemonluğu dövrü başa çatıb, lakin Tehran “yaranmış imkandan tam istifadə etməyib və ticarəti köhnəlmiş üsullarla aparmaqda davam edir”.
“ABŞ dollarından asılılıqdan imtina etmək və ticarət hesablaşmalarında yerli valyutaların istifadəsinə keçmək lazımdır”, – deyə Qalıbaf bildirib.
O, Yaxın Şərq regionunun “xüsusi geosiyasi əhəmiyyətini” göstərib. Qalıbaf vurğulayıb ki, “Müqavimət oxu” dövlətlərindən keçərək İrandan və İraqdan Aralıq dənizinə qədər uzanan koridor geosiyasi mənzərənin ürəyini, hakimiyyətin və müstəqilliyin əsas komponentini təşkil edir”.
İranda “Müqavimət oxu”na Yəməndə fəaliyyət göstərən qiyamçı “Ənsar Allah” (husilər) hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İraqdakı hərbiləşdirilmiş şiə qruplaşmaları aid edilir.
Məryəm





















