Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dörd türk telekanalına aprelin 27-nə planlaşdırılan televiziya müsahibəsini ləğv edib. Elchi.az xəbər verir ki, bu barədə “BirGun” qəzeti yazıb.
Aprelin 25-də yerli telekanallara müsahibə verən Ərdoğan canlı yayımda özünü pis hiss edib. Mayın 14-də ölkədə keçiriləcək seçkilər ərəfəsində həkimlər ona ictimaiyyət qarşısında çıxışını qadağan ediblər.
Bundan sonra Türkiyə liderinin infarkt keçirdiyi və vəziyyətinin ağır olduğu bildirilir.
Havar Şəfiyeva