Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda münaqişə tərəfləri ilə danışıqlar aparıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfəttah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, Sürətli Dəstək Qüvvələri Komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı tərəfləri münaqişəyə, qardaş qanının tökülməsinə son qoymağa çağırıb və dialoqa qayıtmağa dəvət edib.
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib
Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....





















Son şərhlər