İlon Maskın bəxti gətirmədi. O, respublikaçıları dəstəkləmək üçün təxminən yarım milyard dollar xərclədi, lakin onlar ABŞ-dəki seçkilərdə məğlub oldular.
Elchi.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, milyarder təxminən 474 milyon dollar iyanə edib – bu, namizədlərin özlərini nəzərə almasaq, bir seçki dövrü ərzində istənilən başqa bir donorun etdiyi ianədən çoxdur.
Xüsusilə Texas üzrə edilən mərc uğursuz alınıb. Mask respublikaçı Ken Pakstonu dəstəkləmək üçün təxminən 212 milyon dollar sərmayə qoysa da, o, demokrat Ceyms Talarikoya uduzub.
Respublikaçıların məğlubiyyəti fonunda Maskın şirkətlərinin dəyərinin düşdüyü də bildirilir.
“Görünür, seçkilərə müdaxilə üçün nəzərdə tutulan kosmik lazerlərim bu dəfə işə yaramadı”, – deyə milyarder baş verənlərə reaksiya verib.
Məryəm





















