Ümumilikdə 4 milyon barreldən çox neft daşıyan iki supertanker cümə axşamına keçən gecə Hörmüz boğazında İran tərəfindən icazə verilməyən marşrutda partlayıb və hazırda yanır.
Elchi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Ötən gecə qaydaları pozan iki tanker SEPAH HDQ-nin Hörmüz boğazında hərəkətin idarə edilməsi mərkəzinin cənub marşrutunun icazəsiz və təhlükəli olması barədə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Hörmüz boğazının İran tərəfindən icazə verilməyən marşrutu ilə hərəkət edərkən çox güclü partlayışdan sonra dayanıb”, – deyə Korpusun bəyanatında bildirilir.
SEPAH HDQ-nin məlumatına görə, hazırda hər iki gəmi yanır. Qurum xəbərdarlıq edib ki, Fars körfəzində və Hörmüz boğazında naviqasiya sistemlərini söndürən və cənubdakı icazəsiz marşrutla keçərkən Amerika ordusu ilə əməkdaşlıq edən istənilən gəmini eyni aqibət gözləyir.
Şayəstə





















