Polşanın paytaxtında respublikanın Müstəqillik Günündə keçirilən millətçi yürüş zamanı hüquq-mühafizə orqanları tərəfindən 60-a yaxın şəxs saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Varşava polisi 59 nəfəri saxlayıb, onların əksəriyyəti pirotexniki vasitələrdən istifadə qaydalarını pozub. Bu insidentlər istisna olmaqla, tədbir sakit keçib”, – deyə paytaxt polisinin nümayəndəsi Yatsek Vişnevski bildirib.
Şayəstə




















