Məktub müəllifləri müəyyən dini qrupa mənsub olmaqdan danışıblar.
Elchi.az xəbər verir ki, Yaponiya parlamentinin ictimaiyyətlə əlaqələr şöbəsinə aprelin 21-də gözlənilən “kütləvi qətl” haqqında məlumat daxil olan məktub daxil olub, bu barədə polisdəki mənbələrə istinadən Sankei nəşri məlumat yayıb.
Məktubda parlamentin yuxarı və aşağı palatalarının müxtəlif salonlarında bomba və zarin qazı generatorlarının yerləşdiyi bildirilib. Göndərənlər isə qırğın cümə günü günortadan sonra baş verəcəyini yazıblar.
Qəzet müəllifləri də müəyyən dini quruma mənsub olduqlarını bəyan edərək, ölkəni yalnız bu üsulla dəyişdirə biləcəyini iddia ediblər. Polis artıq parlament binasında axtarış aparıb.
Şayəstə