Avropa Komissiyası (AK) Ukraynaya Aİ-yə daxil olmaqla bağlı danışıqları 2028-ci ilin sonunadək başa çatdıracağına dair qəti vəd verməyib və bildirib ki, bunun üçün ölkə “islahatları sürətləndirməlidir”.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənməyə dair illik məruzəsində qeyd olunub.
Sənəddə deyilir: “Ukraynanın öz iddialı məqsədinə — daxilolma danışıqlarını 2028-ci ilin sonunadək başa çatdırmağa nail olması üçün islahatlar prosesini sürətləndirməyə davam etməsi vacibdir”.
Avropa Komissiyası Ukraynanın “qalan iki danışıqlar klasterinin açılması üçün şərtləri yerinə yetirdiyi” qənaətinə gəlib. Lakin Aİ Şurası hələlik bu qərarı təsdiqləməkdən imtina edir, çünki həmin klasterlərə, xüsusən də kənd təsərrüfatı və Ukrayna aqrar məhsullarının Avropa bazarına çıxışı ilə bağlı problemli bölmə daxildir.
Məryəm





















