Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir matçı baş tutub.
Elchi.az xəbər verir ki, “Zirə” öz meydanında “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda bu nəticədən sonra xallarını 22-yə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 10 xalı olan “Səbail” isə 7-ci sırada qalıb.
Günün digər matçında “Neftçi” “Bakcell Arena”da “Qəbələ”ni qəbul edəcək.
Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Sumqayıt”a 4:2 hesabı ilə qalib gəlib. Tura noyabrın 13-də keçiriləcək “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.
“Neftçi” Emil Səfərovla müqavilə müddətini uzatdı
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb. Elchi.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb. 2024-cü...


















Son şərhlər