ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün noyabrın 12-də Moskvaya səfər etməyi planlaşdırırlar.
Elchi.az xəbər verir ki, Kuşner Putinlə avropalı nümayəndələrin danışıqlara cəlb edilməsi imkanlarını müzakirə etmək niyyətində olduğunu bildirib.
“Rusiya, ABŞ və Ukrayna Əbu-Dabidə münaqişə başa çatdıqdan sonrakı təhlükəsizlik sistemini müzakirə ediblər”, – deyə Kuşner bəyan edib.
O, həmçinin ərazi məsələsini danışıqlar zamanı ən mürəkkəb mövzu adlandırıb.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci günü baş tutub.
Məryəm





















