Cənubi Afrika ölkəsi Zimbabvenin elektrik istehsalının əhəmiyyətli hissəsini qarşılayan Kariba bəndində su səviyyəsinin düşməsindən sonra ölkədə gündə 19 saat elektrik kəsilməsi yaşanır.
Elchi.az xəbər verir ki, Zimbabvelilər gündə 19 saat elektrik kəsilməsi ilə üzləşirlər, çünki Kariba bəndində ölkənin əsas su elektrik stansiyasını idarə etmək üçün kifayət qədər su yoxdur.
Zimbabve prezidenti Emmerson Mnanqaqva bəyan edib ki, ölkənin elektrik enerjisi istehsalının təqribən yarısını qarşılayan bu bəndin istehsal gücünün azalması birbaşa ölkə iqtisadiyyatında və gündəlik həyatında özünü göstərir.
Mnanqaqva deyib ki, ciddi elektrik kəsilməsi ilə üzləşən ölkə elektrik enerjisi idxalı üçün Cənubi Afrika İnkişaf Birliyi (SADC) ölkələrinə etibar etməli olacaq.
Zimbabve Elektrik Təşkilatının məlumatlarına görə, su ehtiyatı 4 faizə qədər azalan Kariba bəndi tutumunun təxminən 20 faizinə qədər elektrik enerjisi istehsal edə bilər.
Şayəstə