Volodimir Zelenski ABŞ-yə səfər edəcəyini, burada bir həftə ərzində ABŞ liderinin xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner ilə görüşünün mümkün olduğunu bildirib.
Elchi.az xəbər verir ki, onun jurnalistlərin suallarına cavab verdiyi videonu “TSN” telekanalı təqdim edib.
“Görüşümüz olacaq. Çox guman ki, görüşümüz ABŞ-də baş tuta bilər. Bizi dəvət ediblər, düşünürəm ki, görüş yaxın günlərdə, bir həftə ərzində olacaq”, — deyə o bildirib.
Zelenski əlavə edib ki, çərşənbə günü Uitkoff və Kuşner ilə telefon danışığı zamanı Ukrayna və Birləşmiş Ştatların nümayəndələri “Ukrayna münaqişəsinin başa çatdırılması ilə bağlı ABŞ-nin müxtəlif təkliflərini müzakirə ediblər”.
Zelenski səfər çərçivəsində, həmçinin “Patriot” ZRK-ları üçün raketlər istehsal edən “Lockheed Martin” şirkətinin nümayəndələri ilə də görüşməyi planlaşdırdığını açıqlayıb.
Məryəm





















