Ukrayna prezidenti Vladimir Zelenski Baş Qərargah rəisi Valeri Zalujnı vəzifəsindən azad etməyi düşündüyünə dair iddiaları təsdiqləyib. Zelenski “Mənim fikrimdə bir nəfər yox, ölkənin idarəçilik kursunu dəyişməyə yönəlmiş ciddi bir məsələ var” deyib.
Elchi.az xəbər verir ki, İtaliyanın “Rai” xəbər kanalına danışan Zelenski Zalujnı vəzifəsindən azad edəcəyini təsdiqləyərək, “Mənim ağlımda bir nəfər yox, ölkənin idarəçilik kursunun dəyişdirilməsinə yönəlmiş ciddi bir məsələ var” deyib.
Zelenski, Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyini gücləndirmək üçün hərbi və mülki idarəetmədə geniş miqyaslı revizyona ehtiyac olduğunu ifadə edərək, “Sıfırlama, yeni bir başlanğıc lazımdır” deyib.
Qalib gəlmək üçün bütün ölkənin eyni istiqamətdə hərəkət etməli olduğuna diqqət çəkən Zelenski, “Mən bu haqda danışarkən ordu kimi tək bir sahədə deyil, bir sıra dövlət liderlərinin dəyişdirilməsini nəzərdə tuturam” deyib.
“The New York Times” yazır ki, analitiklər Zelenskinin (ABŞ prezidenti Co) Bayden administrasiyası ilə yaxın münasibətlərinə görə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarovanı Baş Qərargah rəisi vəzifəsinə təyin edə biləcəyini irəli sürüblər.
Zalujnı 27 iyul 2021-ci ildə Baş Qərargah rəisi təyin edilib.
Şayəstə Hüseynova