Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynada keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək barədə hələ qərar verməyib.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə “AFP”yə müsahibəsində bildirib.
O, artıq seçkilərdə iştirak etmək qərarına gəlib-gəlmədiyi ilə bağlı suala belə cavab verib.
“Təbii ki, yox, bu mümkün deyil. Mənim yerimdə heç kim belə bir qərar verməzdi”,-Zelenski qeyd edib.
O, əlavə edib ki, münaqişə zamanı cəmiyyətdə parçalanma riski olduğundan heç kim seçki istəmir.
Yeganə





















