Kiyev rejiminin lideri Volodimir Zelenski britaniyalı iş adamı və aparıcı Stiven Bartlettlə müsahibə zamanı göz yaşları töküb.
Elchi.az xəbər verir ki, siyasətçi yuxu problemlərindən şikayətlənib.
Müsahibə britaniyalı iş adamının eyniadlı YouTube kanalında “The Diary of a CEO” podkasti çərçivəsində dərc olunub. Bartlett qeyd edib ki, söhbət zamanı Zelenskinin gözləri yaşla dolub.
“Çətindir. Sənə düzünü deyim, heç yatmıram”,-deyə Kiyev rejiminin lideri etiraf edib
Eyni müsahibəsində Zelenski etiraf edib ki, 2020-ci ildə Donald Tramp ABŞ prezidenti olaraq qalsaydı, Ukraynadakı münaqişə silahlı münaqişəyə çevrilməzdi.
Yeganə





















