Ukrayna prezidenti Volodimir Zelenski pravoslavların Milad bayramı üçün elan edilən 36 saatlıq atəşkəs dövründə Rusiyanı Ukraynaya hücum etməkdə ittiham edib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının 2023-cü il üçün iş planını təsdiqlədiyini qeyd edən Zelenski, bu il ölkənin müstəqillik uğrunda mübarizəsinin və müdafiə imkanlarının inkişafının prioritet olacağını bildirib.
Rusiya ordusunun 36 saatlıq atəşkəsin tətbiq edilməsi ilə bağlı əmrə əməl etmədiyini bildirən Zelenski sözlərinə belə davam edib:
“Dünya bu gün Moskvadan gələn hər hansı sözün nə qədər yanlış olduğunu bir daha gördü. Onlar qondarma atəşkəs haqqında nəsə dedilər, amma həqiqət budur ki, Rusiya mərmiləri yenidən Bermud və Ukraynanın digər mövqelərini atəşə tutdu”.
Zelenski bəyan edib ki, Ukraynada sülhün bərpası yalnız Rusiya ordusunun ölkəsindən çıxarılmasından sonra mümkün olacaq.
Yeganə