Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvaya görüş dəvətini rədd edərək, “(Putin) Kiyevə gələ bilər. Ölkəm gündəlik raket hücumlarına məruz qaldığı bir vaxtda mən Moskvaya gedə bilmərəm” deyib.
Elchi.az xəbər verir ki, ABŞ-ın ABC News kanalına danışan Zelenskiy Putinin təklifini dəyərləndirib.
Putinin müharibəyə diplomatik həll yolu tapmaq üçün Moskvada danışıqlar aparmaq dəvətini rədd edən Zelenski, “(Putin) Kiyevə gələ bilər. Ölkəm gündəlik raket hücumlarına məruz qaldığı bir vaxtda mən Moskvaya gedə bilmərəm. O terrorçunun paytaxtına gedə bilmərəm” deyib.
Zelenski Rusiya liderinin müharibəni bitirmək fikrində olmadığını bildirərək, Putinin hər iki tərəf üçün qəbuledilməz təkliflər irəli sürərək prosesi gecikdirməyə çalışdığını bildirib.
Zelenski “Biz Putinə etibar edə bilmərik. O, oyun oynayır, indi də ABŞ-la oynayır” deyib. Sentyabrın 3-də Putin Ukrayna müharibəsi ilə bağlı tunelin sonunda işığı gördüyünü bəyan edib, Zelenskini Moskvaya dəvət edib və onunla görüşməyə hazır olduğunu bildirib.
Şayəstə Hüseynova





















Son şərhlər