Portuqaliyanın bu yayı “ən isti və ən quraq yayı” keçirdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) ölkədə 2025-ci ilin yayında orta temperaturun 30,78 dərəcə Selsi olduğunu açıqlayıb. Bu temperatur orta uzunmüddətli meteoroloji göstəricidən 2,9 dərəcə yüksəkdir. Rəsmilər həmçinin vurğuladılar ki, bu il “ən quraq yay” olub, yağıntının miqdarı 10,9 millimetr olub. Bu miqdar 1991-2020-ci illər arasında qeydə alınan orta yağıntının yalnız 24 faizinə uyğundur. Mütəxəssislər bu orta temperatur və yağıntı ilə 2025-ci ilin ölkədə rekordların “ən isti və ən quraq” yayı olduğunu bildiriblər.
Şayəstə Hüseynova





















Son şərhlər