Ukrayna Prezidenti Volodimir Zelenski “Oreshnik” raketinin məhv edilməsinin mümkün olmadığını bildirib.
Elchi.az xəbər verir ki, siyasətçinin sözlərini “RİA Novosti” sitat gətirir. Zelenskinin açıqlamasına görə, o, Avropa və Amerika tərəfdaşlarını “Oreshnik” raketinin atış məsafəsi barədə xəbərdar edib və müvafiq məlumatları Polşa, Almaniya və digər Avropa ölkələrinə təqdim edib.
Ukrayna prezidenti polşalı həmkarı Karol Navrotski ilə görüşdən sonra Varşavada jurnalistlərə bildirib ki, “Bu ‘Oreshnik’ raketini məhv etmək mümkün deyil. Biz bunu artıq bilirik, çünki o, Ukraynaya qarşı istifadə edilib”.
Məryəm





















